Meksikada baş vermiş atışmada 9 nəfər ölüb

Meksikanın ABŞ-la sərhəddə yerləşən Sonora ştatının iki şəhərində silahlı insident baş verib, azı 9 nəfər ölüb.

"Report" RİA "Novosti"yə istinadla xəbər verir ki, bu barədə ştatın Baş Prokurorluğu məlumat yayıb.

İlkin məlumatlara görə, 5 nəfər Agua Prieta, 4 nəfər isə Nako şəhərində öldürülüb.

Hadisə baş vermiş ərazilərdə polis ölənlərin meyitini və güllə izləri olan avtomobillər aşkar edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar