Azərbaycan millisi Bakıda Slovakiyaya böyükhesabla məğlub olub

Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində növbəti oyununu keçirib."Report" xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektik Slovakiyanı qəbul edib. "Bakcell Arena"da keçirilmiş qarşılaşma Azərbaycan yığmasının 1:5 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Görüşdə hesab 8-ci dəqiqədə açılıb. Qonaqların heyətində Stanislav Lobotka komandasını önə keçirib. 27-ci dəqiqədə isə Yuray Kuçka cərimə zərbəsindən baxımlı qola imza atıb.

Matçın 29-cu dəqiqəsində Ramil Şeydayev fərqlənməklə Azərbaycan millisini ümidləndirib. Qoldan bir dəqiqə sonra Slovakiyanın kapitanı Marek Hamşik fərqi yenidən artırıb. İlk hissə bu hesabla da başa çatıb. 57-ci dəqiqədə Hamşik özünün ikinci komandasının 4-cü qolunu vurub. Bu da matçdakı sonuncu qol olmayıb. 85-ci dəqiqə David Hançko Azərbaycan millisini 5-ci dəfə məyus edib.

Bu nəticədən sonra Slovakiya xallarının sayını 6-a çatdırıb. Azərbaycanın isə 3 oyundan sonra sıfır xalı var.

E qrupunun digər oyununda Macarıstan Uelsi qəbul edəcək. Həmin qarşılaşma Bakı vaxtı ilə saat 22:45 də başlayacaq.

635x100

Şərhlər

Mirzə AĞ 2019-06-11 22:07:45

Ayıb olsun! Bu ölkəni niyə rüsvay edirsiniz, cənablar?!

Son yazılar