Pavel Hapal: “Azərbaycan millisinə istədiyini etmək imkanı vermədik”

Dərc olunub: 11/06/2019 - 22:27

445cfff1b5e11fa“Matçın əvvəldən sona qədər əla oynadıq. Qol buraxmağımıza baxmayaraq, kifayət qədər şanslarımız oldu”.

APA-nın məlumatına görə, bunu futbol üzrə Slovakiya yığmasının baş məşqçisi Pavel Hapal deyib.

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisinin qonağı olan slovakiyalılar böyük hesabla qalib gəliblər – 5:1.

Oyunsonrası mətbuat konfransında P. Hapal matçda komandasından razı qaldığını deyib: “Matçı 5 qolla tamamladıq. Ümumilikdə hər şeydən razı qaldılm”.

Çalışdırıcı bildirib ki, zəif komandaya qarşı oynadıqlarını demək olmaz: “Sadəcə, bizim performansımız çox yüksək idi. Rəqibə istədiyini etmək imkanı vermədik. İordaniya ilə yoldaşlıq görüşündə də əsas oyunçulara istirahət vermişdik. Onlar bundan səmərəli yararlandılar.

P. Hapal final mərhələsində qrupun 3 və 1/4 final mərhələsinin 1 oyununun Bakıda keçiriləcəyi üçün yenidən paytaxtımıza gəlmək arzusundadır: “Qazanılan 3 xalla yanaşı, vurulan və buraxılan qollar da sonda rol oynaya bilər. Yenidən paytaxtınıza gəlmək istərdim. Bakı gözəl şəhərdir və böyük stadionu var. Bakı Olimpiya Stadionu kimi gözəl stadionda yenidən oynamaq istərdik”.










loading...


Fikrinizi bildirin