Bakı-Naxçıvan reysində gecikmə – Sərnişinlər saatlardır gözləyir

Dərc olunub: 11/06/2019 - 23:15

azal_plane_160615_8Hazırda Bakı-Naxçıvan reysi üzrə gecikmələr müşahidə olunur.

Hava limanında olan sərnişinlər “Qafqazinfo”ya bildiriblər ki, bir neçə saatdır Naxçıvana gedə bilmirlər.

Məsələ ilə bağlı AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski “Qafqazinfo”ya açıqlamasında gecikmələrin hava şəraiti ilə əlaqədar olduğunu deyib:

“Axşam saat 8-ə işləmiş uçuşu planlaşdırılan Bakı-Naxçıvan reysi Naxçıvandakı faktiki hava şəraitinə görə saat 23:00-a təxirə salınıb. Hazırda reysdə 2 saatdan çox gecikmə var: “Hava şəraitindən asılı olaraq reysin vaxtı yenidən dəyişə bilər. Ancaq hazırkı planlaşdırmaya görə saat 23:00-a nəzərdə tutulub”.

Qeyd edək ki, hazırda Naxçıvanda ildırım çaxır, yağışlı hava müşahidə olunur.










loading...


Fikrinizi bildirin