Saatlıda yol qəzası olub, bir ailənin 3 üzvü xəsarət alıb

Saatlıda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, “Mersedes” markalı avtomobillə “Jiquli” markalı avtomobil toqquşub. Nəticədə “Jiquli”də olan bir ailənin 3 üzvü-rayonun Haciqasımlı kənd sakinləri, 1975-ci il təvəllüdlü Şirinov Zahir Əmirxan oğlu, onun oğulları 2004-cü il təvəllüdlü Şiriniv Sübhan, 2005-ci il təvəllüdlü Şirinov Aqşin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar