Bakıda sürücü ötmə əməliyyatına görə bıçaqlanıb

Bakının Nəsimi rayonunda bıçaqlanma olub.

APA-nın məlumatına görə, hadisə Səməd Vurğun küçəsində qeydə alınıb.

Belə ki, 1981-ci il təvəllüdlü Quliyev Ayxan Mahmud oğlu öz avtomobili ilə digər nəqliyyat vasitəsini ötüb keçərkən, onun bu hərəkəti digər sürücünün xoşuna gəlməyib. Bundan sonra həmin avtomobilin sürücüsü A.Quliyevi saxlayaraq mübahisə edib və sonda ona çoxsaylı bıçaq xəsarətləri yetirib.

Ağır xəsarətlər alan A.Quliyev xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi polisi tərəfindən araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar