AVRO-2020: Macarıstan Uelsi də məğlub edib, Türkiyə İslandiyaya uduzub

Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində IV turun son 13 oyunu keçirilib.

"Report"un məlumatına görə, 5 qrupu əhatə etmiş qarşılaşmalar içərisində daha çox H qrupunda İslandiya - Türkiyə görüşü diqqət mərkəzində olub.

"Ay-ulduzlular" ilk 3 matçda qol buraxmadan qalib gəlsələr də, bu dəfə məğlubiyyətlə barışmalı olublar. Beləliklə, Türkiyə millisi yenə İslandiyaya səfərdə qalib gələ bilməyib.

H qrupundakı digər oyunlara gəldikdə, Fransa səfərdə Andorranı 4:0 hesabı ilə məğlub edib. Albaniya isə evdə Moldovanın qapısından 2 cavabsız top keçirib. Bu nəticələrdən sonra turnir cədvəlində Fransa, Türkiyə və İslandiya hərəyə 9 xalla ilk 3 yeri bölüşür.

Azərbaycan millisinin Slovakiyaya 1:5 hesabı ilə uduzduğu E qrupunda daha bir oyun lider Macarıstanla cəmi 3 xalı olan Uels arasında keçirilib. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da Macarıstan millisi qrupda vahid liderliyini davam etdirib.

Azərbaycan yığmasının sabiq baş məşqçisi Robert Prosineçkinin hazırda rəhbərlik etdiyi Bosniya və Herseqovina millisi isə İtaliyada hesabda önə keçsə də, hesabı qoruya bilməyib və 2 top buraxaraq uduzub - 1:2.

AVRO-2020, seçmə mərhələ

IV tur, 11 iyun

C qrupu

22:45. Almaniya - Estoniya - 8:0

Qollar: Marko Röys, 10; 37. Serj Qnabri, 17; 62. Leon Qoretska, 20. İlkay Gündoğan, 26 (penalti ilə). Timo Verner, 79. Leroy Sane, 88

22:45. Belarus - Şimali İrlandiya - 0:1

Qol: Peddi ManNeyr, 86

E qrupu

20:00. Azərbaycan - Slovakiya - 1:5

Qollar: Ramil Şeydayev, 29 - Stanislav Lobotka, 8. Yuray Kuçka, 27. Marek Hamşik, 30; 57. Davit Hantsko, 85

22:45. Macarıstan - Uels - 1:0

Qol: Mate Patkai, 80

H qrupu

22:45. İslandiya - Türkiyə - 2:1

Qollar: Raqnar Siqurdsson, 21; 32 - Dorukhan Toköz, 40

22:45. Andorra - Fransa - 0:4

Qollar: Kilian Mbappe, 11. Vissam Ben Yedder, 30. Floryan Toven, 45+1. Kurt Zuma, 60

22:45. Albaniya - Moldova - 2:0

Qollar: Sokol Çikalleşi, 66. Yulber Ramadani, 90+3

I qrupu

18:00. Qazaxıstan - San Marino - 4:0

Qollar: İslambek Kuat, 45+1. Maksim Fedin, 62. Qafurjan Suyumbayev, 65. Bauırjan İslamxan, 79

22:45. Rusiya - Kipr - 1:0

Qol: Aleksey İonov, 38

22:45. Belçika - Şotlandiya - 3:0

Qol: Romelu Lukaku, 45+1; 57. Kevin de Bruyne, 90+2

J qrupu

22:45. İtaliya - Bosniya və Herseqovina - 2:1

Qollar: Lorentso İnsinye, 49. Marko Verratti, 86 - Edin Ceko, 32

22:45. Yunanıstan - Ermənistan - 2:3

Qollar: Karlus Zeka, 54. Kostas Fortunis, 87 - Aleksandre Karapetyan, 8; Gevorq Kazaryan, 33. Tiqran Barseqyan, 74

22:45. Lixtenşteyn - Finlandiya - 0:2

Qollar: Teemu Pukki, 37. Benyamin Kelman, 57

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar