Pentaqon Türkiyə ilə S-400 və F-35 məsələsini müzakirə edəcək

ABŞ-ın müdafiə naziri vəzifələrinin icraçısı Patrik Şenahen türkiyəli həmkarı Hülusu Akar ilə Ankaranın Rusiyanın S-400 zenit raket sistemini alması və Türkiyə pilotlarına Amerikanın F-35 təyyarələri üçün təlimlərin keçirilməsinin dayandırılması ilə bağlı yaranmış vəziyyəti müzakirə edəcək.

"Report" CNN-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri vəzifələrinin icraçısı Patrik Şenahen deyib.

"Lakin mən ümid edirəm ki, sabah biz baxış mübadiləsi aparacağıq və hansı məsələdə irəliləyiş əldə olunduğu barədə bir-birimizi məlumatlandıracağıq", - deyə Şenahen əlavə edib.

Pentaqon rəhbəri həmçinin qeyd edib ki, Vaşinqton və Ankara arasında əməkdaşlıq təkcə pilotların təlimatlandırılması məsələsində dayandırılıb, təyyarələrə xidmət göstərilməsində deyil.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar