SOCAR bu il neftin emal dərinliyini artırmağı planlaşdırır

Bu il Heydər Əliyev adına Neft Emalı Zavodunda neftin emal dərinliyinin artırılaraq 94,3%-ə çatdırılması proqnozlaşdırılır.“Report” xəbər verir ki, bu, 2018-ci ilin göstəricisindən 0,21%, 2017-ci ilin göstəricisindən isə 2,6% çoxdur.

Belə ki, 2018-ci ildə neftin emal dərinliyi 94,1%, 2017-ci ildə 91,9%, 2016-cı ildə 89,5%, 2015-ci ildə 91,4%, 2014-cü ildə 93,2%, 2013-cü və 2012-ci illərdə 92%, 2011-ci və 2010-cu illərdə 92,6%, 2009-cu ildə 91,6%, 2008-ci ildə 80,4% təşkil edib.

Qeyd edək ki, Heydər Əliyev adına Neft Emalı Zavodunda əsasən Azərbaycan nefti emal edilərək 40 növədək neft məhsulları istehsal edilir. Hazırda zavodda yenidənqurma və modernizasiya layihəsi həyata keçirilir. Bu işlər nəticəsində zavodun illik emal gücünün 6 mln. tondan 7,5 mln. tona çatdırılması, “Euro-5” standartlarına cavab verən dizel və benzin istehsalı nəzərdə tutulur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar