Azərbaycanda dərslərin sentyabrın 1-də başlaması təklif edilir

"Ali və orta təhsil müəssisələrində dərslərin sentyabr ayının 15- də başlaması özünü doğrultmur. Proqramların mənimsənilməsində yaranmış boşluğu aradan qaldırmaq üçün dərs ilinin 2 həftə uzadılması effekt vermir”.

"AzPolitika" xəbər verir ki, bunu təhsil eksperti Etibar Əliyev deyib.

Onun sözlərinə görə, dərs ilinin müddətinin 31 maydan 14 iyunadək uzadılması səhv addım olub:

"İki həftə itirilmiş həftədir. 1 sentyabra qayıtmalıyıq. Dünyanın əksər ölkələrində 1 sentyabra "Bilik günü" assosiasiya olunur. Diqqət edin: Təhsil sistemi inkişaf etmiş Yaponiyada dərslər aprel ayının 1-də başlayır. Sakura çiçək açanda. Görsənir ki, onlar bu tarixi seçməkdə yanılmayıblar. Sakura çiçəyi əlbəttə ki, simvola çevrilib.

Biz isə 15 sentyabrı seçməklə çox böyük yanlışlığa yol vermişik. Vaxtilə bizdə də 1 sentyabr "Bilik günü" nə assosiasiya olunurdu. Və bu tarix simvola çevrilmişdi”.

635x100

Şərhlər

Ayten 2019-06-12 12:35:20

1sentyabrda başlasın dersler

Azərbaycan vətəndaşı 2019-06-12 12:35:20

Çox düzgün təklifdir.Yaxşı olar ki,növbəti dərs ilində tətbiq olunsun.

AAgahuseyn 2019-06-12 12:35:20

Hörmətli Etibar müəllimin qaldırdıqı məsələdə tam haklıdır.Xaiş edirik bu məsələni müsbət həll edin.

turan 2019-06-12 12:35:20

Əlbətdə,dərslərin 15 sentyabrda başlaması böyük səhv idi.Mayın 31-dən sonra dərlərin heç bir effəkti olmur bunu praktika göztərir.35-37 dərəcə istidə şagirdlərin dərs oxumağa,məktəbə getməyə həvəsləri təbii ki,olmur.Sentyabrın 1-dən mayın 31-nə qədər..

Rasul 2019-06-12 12:35:20

sentyabrın ilk ongünlüyündə adətən 30-35 dərəcədən aşağı olmur temperatur.

Son yazılar