Ən yüksək gəlirli idmançılar - «Forbes» təqdim edir...

«Forbes» öz saytında son bir ildə daha çox pul qazanmış idmançıların reytinqini dərc edib.

Reytinqin zirvəsində 3 futbolçu yer alıb. Birinci yerdə «Barsenola» klubunun hücumçusu Lionel Messi qərarlaşıb - o, il ərində 127 milyon dollar qazanıb. İkinci pillədə portuqaliyalı oyunçu - «Yuventus»un hücumçusu Kriştianu Ronaldu dayanıb. O, ötən il 109 milyon dollara sahib olub. Üçüncü pillədə isə «Pari Sen-Jermen» klubunun hücumçusu Neymar dayanır - onun illik gəliri 105 milyon dollar təşkil edib.

Futbolçulardan dərhal sonra jurnalın reytinqində 4-cü yerdə meksikalı boksçu Saul Alvares 94,0 milyon dollarla dayanır. Beşinci yerdə isveçrəli tenisçi Rocer Federer (93,4 milyon dollar) qərar tutub.

Altıncı yerdən 10-cu yerə qədər Amerika futbolunun oyunçuları Passel Uilson və Aaron Rocers, basketbolçular Lebron Ceyms, Stefan Karri və Kevin Dyürant qərarlaşıblar.

Bu reytinqə MDB məkanıdan düşən olmayıb. Qadınlardan isə siyahıya 30 milyon dollarlıq qazancla tenisçi Serena Uilyams düşüb - o, 63-cü pillədə yer alıb.

Bu sətirləri yazdıqca, fikir məni «hop götürür» - düşünürəm, «Forbes» zəhmət çəkib Azərbaycan jurnalistlərinin uyğun reytinqini də hazırlasa, pis olmazdı! Nəticə fəlakəili olardı - «həyatın dibində» yarıac vəziyyətdə çabalayan jurnalistlərin bir qismi suisidə üstülük verərdi, digər qismi isə kütləvi halda «top dığırlatmağa» gedərdi.

Odur ki, «doloy jurnalistika!»

Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar