Bakıda daha bir həkim liposaksiyadan sonra öldü – Öz tələbəsi əməliyyat etmişdi

Dərc olunub: 12/06/2019 - 22:37

1560336862_769177657f7698060c4eAzərbaycan Dövlət Tibb Universitetinin müəllimi, 65 yaşlı həkim-pediatr, dosent Sədaqət Şahsuvarova Avrasiya Hospitalında etdirdiyi estetik liposaksiya əməliyyatından 4 gün sonra ölüb.

Onun əməliyyatı plastik cərrah Vüqar Ələkbərov tərəfindən həyata keçirilib. Cərrah açıqlamasında pasiyentinin ölümündə günahkar olmadığını bildirib:

1560334492_vuqar-elekberov-hekim

“Əməliyyat uğurlu keçdi. Bir neçə saatdan sonra ayağa durub gəzdi. Lakin 2 gün sonra halı pisləşdi. Yaxınları onu başqa klinikaya apardılar, 4 gün sonra orada öldü. Hazırda araşdırma gedir. Ölüm səbəbi qanda səbəbi bilinməyən infeksiyadır. Sidik yollarında da infeksiya tapılıb, üstəlik, xroniki pnevmaniyası da var imiş.

Əgər ən az 10 gün sağ qalsaydı, infeksiyanın növünü tapıb müalicəyə başlayardıq. Yaşlı qadın idi. İmmun sistemi zəif olduğundan orqanizm infeksiya qarşısında aciz olub”.

V.Ələkbərov Sədaqət xanımın vəfatından üzüldüyünü bildirib:

“Onun ölümü məni çox üzüb. Müəlliməm olub, anamız kimi çox sevirdik”. (Baku.ws)

1560344539_35185045a6eee0e22722








loading...


Fikrinizi bildirin