Ukrayna ordusu Donetskin bir addımlığında

Ukrayna Silahlı Qüvvələri Donetsk şəhərinin təxminən 100 metrliyində - Maryinkada yeni mövqeləri ələ keçiriblər. Virtualaz.org “Lenta.ru”ya istinadla xəbər verir ki, bunu “Armiya FM” radio stansiyasının efirində Ukrayna ordusunun 24-cü mexanikləşdirilmiş briqadasının rəsmi nümayəndəsi Nazar İlnitski bildirib.

Onun sözlərinə görə, kəşfiyyatçılar “boz zona”nı ələ keçirərək taktiki mövqeni yaxşılaşdırıblar ki, bu da döyüş mövqelərini yerli əhalidən uzaqlaşdırmağa imkan yaradıb. İlnitski qeyd edib ki, plan briqadanın rəhbərliyi və ali komandanlıq tərəfindən hazırlanıb.

“Bu vacibdir, belə ki, əhalinin daha yüksək səviyyəli təhlükəsizliyini təmin edir. İnsanlar təmas xəttindən daha çox uzaqlıqda olacaqlar. Burada məqsəd insanların təhlükəsizliyidir”, - o, sözlərinə əlavə edib.

635x100

Şərhlər

dadaşyev 2019-06-12 22:51:59

Boş şeydi vallah.Hazırkı Rusiya küncə sıxılmış aslan kimi qəzəblidir,hər an ağına-bozuna baxmadan hər tərəfə atıla bilər,caynaqları da çox itidir.Ümumiyyətlə Ukraynanın aqibəti heç yaxşı olmayacaq.

Son yazılar