“BU KOMİSSİYA ORDUNUN NÜFUZUNU SARSIDAR…” – “Aprel müharibəsinin araşdırılması zərərlidir”

Dərc olunub: 13/06/2019 - 08:48

armenHazırda Paşinyan hökumətinə müxalif olan Respublikaçılar Partiyasının təmsilçisi Armen Aşotyan 2016-cı ilin aprel döyüşlərilə bağlı komissiya yaradılmasının əleyhinə olduqlarını deyib.

“AzPolitika.info” erməni KİV-lərinə istinadla xəbər verir ki, Sarkisyanın partiyası bu komissiyaya ehtiyac olmadığı və onun aparacağı araşdırmaların ordunun və erməni dövlətinin zərərinə olacağı qənaətindədir.
A.Aşotyan mətbuata açıqlamasında deyib ki, Paşinyan bu komissiyadan Serj Sarkisyana qarşı istifadə etmək niyyətindədir, baxmayaraq ki, Ermənistan üçün “Aprel müharibəsinin araşdırılması zərərlidir”.

aprel doyusu

Sarkisyanın partiyadakı müavini deyib ki, Aprel döyüşlərinin araşdırılması Ermənistanın imici üçün ciddi zərbədir: “Hökumətin əlində komissiya yaratmadan da Aprel müharibəsi zamanı yaranan problemləri araşdırmaq üçün bütün rıçaqlar – polis, təhlükəsizlik xidməti, prokurorluq var. Komissiyanın yaradılmasında məqsəd prosesi siyasiləşdirməkdir…”

A.Aşotyan bildirib ki, “belə bir komissiyanın fəaliyyəti ordunun nüfuzunu sarsıda və zabit heyətinin işini iflic edə bilər”.

Bütün bunlarla yanaşı, Sarkisyanın sözçüsü Aprel müharibəsində uduzmadıqlarını iddia edib və əsas nailiyyətlərinin Azərbaycan tərəfinin “uzağa gedən planlarının” qarşısını ala bilmələri olduğunu deyib. Aprel döyüşlərində ermənilərin böyük sayda canlı qüvvə və ərazi itirdiyini etiraf edən Aşotyan bir daha həmin günlərdə baş verənlərin komissiya tərəfindən araşdırılması cəhdinin siyasi xarakter daşıdığını və bu komissiyadan Paşinyanın öz siyasi rəqiblərinə qarşı “kozır” kimi istifadə etdiyini bildirib.

Cəlal MƏMMƏDOV
AzPolitika.info








loading...


Fikrinizi bildirin