ETSN-də yeni təyinat

Dərc olunub: 12/06/2019 - 23:00

dbcb55711a506f0851cf340b75de3fdcAzərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) yeni təyinat olub. Mürsəl Əliyev Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi vəzifəsinə təyin edilib.

Bu barədə Lent.az -a ETSN-dən bildirilib.

Qeyd olunur ki, bu təyinata qədər M.Əliyev ETSN-nin Mineral Xammal Analitik Elmi Tədqiqatlar Mərkəzinin rəhbəri, Mineral Xammal Elmi Tədqiqat İnstitutunun direktoru və Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin direktoru vəzifələrində çalışıb.

Texnika elmləri doktoru, professor, Azərbaycan və Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü, Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının Yer elmləri üzrə Ekspert Komissiyasının üzvü olan Mürsəl Əliyev 90-dan artıq elmi əsərin, 6 kitabın, 4 dərs vəsaitinin, 2 metodik vəsaitin və 3 ixtiranın müəllifidir.










loading...


Fikrinizi bildirin