Yardımlıda yük maşını dərəyə aşıb, 1 nəfər ölüb - FOTO

Yardımlı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Cənub bürosu xəbər verir ki, hadisə rayonun Haronu kəndi ərazisində, "Böyük dərə" adlandırılan ərazidə baş verib.

Yardımlı rayonu Köryədi kənd sakini, 1992-ci il təvəllüdlü Ceyhun Cavanşir oğlu Abışov idarə etdiyi "Kamaz" markalı, 10-DG-325 dövlət qeydiyyat nişanlı avtomobil ilə ot bağlaması yüklədikdən sonra avtomobilin idarəetməsini itirib. Nəticədə yük dolu "Kamaz" 500 metrlik dərəyə yuvarlanıb. Qəza nəticəsində yük maşınının sərnişini Yardımlı rayon Arvana kənd sakini, 1978-ci il təvəllüdlü Namik Mirhəsən oğlu Həsənov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücü C.Əbişov və digər sərnişin Arvana kənd sakini 2002-ci il təvəllüdlü Rafiz İbrahim oğlu Həsənov ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar