Azərbaycan neftinin qiyməti 63 dollara düşüb

Dərc olunub: 13/06/2019 - 09:50

6d7a1c6f-acbc-4b87-add6-2e05f56cd82dAzərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 1,78 ABŞ dolları və yaxud 2,74% azalıb.

“Report” xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 63,20 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.










loading...


Fikrinizi bildirin