“VERGİLƏR NAZİRLİYİNİN MÖVQEYİNDƏ SƏRTLƏŞMƏ OLACAQ” – Nazir anons etdi

"Hesab edirəm ki, Azərbaycanda aparılan bir sıra islahatların nəticələri müsbətdir. Bu xüsusən də vergi yoxlamalarının və vergi yükünün azaldılmasında özünü göstərir".

"Report" xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) - Azərbaycan biznes-forumunda çıxış edən Vergilər naziri Mikayıl Cabbarov deyib.

Nazir əlavə edib ki, bütün bunlara baxmayaraq vergi daxilolmaları artıb: "Biz bu tendensiyanı 5 ayda qoruyub-saxlamışıq. Bunlar daha çox yoxlamalar və sanksiyalar hesabına deyil, könüllü əməletmə hesabına olub. Vergi daxilolmaların artımı 92% könüllü əməletmə hesabına baş verib".

M.Cabbarov deyib ki, 2020-ci ildə bir sıra dəyişikliklər olacaq: "Bu dəyişikliklər ötən illər müzakirə apardığımız və növbəti ilə nəzərdə tutduğumuz dəyişikliklərdir. Bunlar əsasən texniki dəyişikliklərdir".

Nazir həmçinin qeyri-şəffaf rəqabətin mövcudluğunun vergi daxilolmalarına mənfi təsir etdiyini qeyd edib: "Xatırlayırsınızsa 2018-ci ili keçid ili elan etmişdik. 2019-cu ilin isə I yarısı sona çatır. Onu demək istəyirəm ki, vergi qanunvericiliyi üzrə pozuntularla bağlı Vergilər Nazirliyinin mövqeyində sərtləşmə olacaq. Haqsız rəqabət və qanunvericiliyin pozulması hesabına vergilərin ödənilməməsi siyasətini biz dəstəkləmirik. 2019-cu ilin 5 ayı üzrə bağlanan əmək müqavilələrinin sayı 96,1 min olub. Bu artımın əksəriyyəti, 66 mini qeyri-dövlət sektorunun payına düşüb".

635x100

Şərhlər

Vətəndaş 2019-06-13 12:28:08

Cənab nazir! İnsanları vergilərlə yükləmək lazım deyil. Sadəcə olaraq onlara şərait yaradın. Burada Almaniyada, hər iş sahibi qazancından nəyəsə investisiya edərkən, onu vergidən çıxa bilir. İş sahibi hər investisiyada 19% vergi verir, bu da dövlətə gedir. İş yerləri açır, işçilərdən hər ay əmək haqqından vergi tutulur. Yəni sizin xaricə təkmilləşdirilməyə yollamaya olan kadrlarınız heç yoxdurmu? Bu gün insanları sıxışdırıb büdcəni doldura bilərsiniz, bəs sonra? Almaniya neft və qaz satmır.Amma...

Mehman 2019-06-13 12:28:08

Hami ancaq İmitasiya ilə məşğuldur.Ayna Sultanova Departamentindən gəlib mudirə o qədər hədə qorxu gəldilər ki,mudir dedi 01 İyuldan obyekti bağlayıram.İndi gəl təzə iş tap.

Adil 2019-06-13 12:28:08

oliqarxlardan talançılardan inhisarçılardan oğrulardan vergi almaq lazımdır. Yetim yesiri yıxıb sürümək yox.

Vətəndaş 2019-06-13 12:28:08

Hər il mən yoldaşımla keçən il üçün vergi bəyannaməsi veririk. Əgər biz az ödəmişiksə yenə ödüyürük, əgər çox ödəmişiksə bizə geri qaytarırlar. Siz bunu edirsinizmi?

Son yazılar