Azərbaycanda hakimlərin sayı daha 200 nəfər artırılacaq

"Azərbaycanda hakimlərin sayının 200 nəfər artırılması planlaşdırılır".

APA-nın məlumatına görə, bu barədə Ədliyyə nazirinin müşaviri Toğrul Musayev Azərbaycan-Avropa İttifaqı Biznes Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda 100 min nəfərə düşən hakimlərin sayı 6 nəfərdir. Bu isə Avropa ölkələri üzrə orta göstəricidən üç dəfə azdır.

T. Musayev qeyd edib ki, hələ 2006-cı ildə Azərbaycanda hakimlərin sayı iki dəfə artırılaraq 600-ə çatdırılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar