ERMƏNİSTAN ORDUSU AZƏRBAYCAN AVİASİYASINA 2 RAKET ATDI - Video

İyunun 12-də səhər saatlarında cəbhənin Füzuli istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin planlı təlim uçuşları həyata keçirilib.

Bu barədə  Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bu zaman Ermənistan silahlı qüvvələri “OSA” zenit-raket kompleksini tətbiq etməklə aviasiya vasitələrimizi vurmağa uğursuz cəhd göstərib. Zenit-raket kompleksindən buraxılan 2 ədəd raket hədəfə dəyməyərək havada partlayıb.

Müdafiə Nazirliyindən bildirilib ki, bu, hərbi pilotlarımızın ustalığı və aviasiya vasitələrimizdə quraşdırılmış müasir cihazlar sayəsində, digər tərəfdən isə düşmənə məxsus hərbi texnikanın köhnə və keyfiyyətsiz olması, onun idarə olunmasına təhkim edilmiş döyüş heyətinin isə hazırlıq səviyyəsinin aşağı olması nəticəsində mümkün olub.

Düşmən tərəfindən buraxılan raketlərdən birinin hərəkət trayektoriyası və hədəfdən yan keçməsi anı aviasiya vasitələrimizin təlim uçuşlarının çəkilişlərini həyata keçirmək üçün havaya qaldırılan pilotsuz uçuş aparatımız tərəfindən qeydə alınıb.

635x100

Şərhlər

fikrət 2019-06-13 17:21:47

eşidirsən zakir erməni raket atdi özüdə 2 dənə yerevana ğetməyin əsl məqamidi sən söz vermişdin nə deyirsən ?

DAVUD Babayev 2019-06-13 17:21:47

hərbi pilotlarımızın ustalığı deyəndə nəyi nəzərdə tutursan.usta pilot heç olmasa atəş açar.

t.ədalət 2019-06-13 17:21:47

ermənilər,əslində təyyarələri özləri vurmayıb.Sadəcə olasraq,demək istəyirlər ki,lazım gəlsə vura bilərik.

talis 2019-06-13 17:21:47

igitlik ondu doqquzu goze gorunmemek biride qacib gizlenmek helal olsun bizlere

RAUF 2019-06-13 17:21:47

Aviasiya vasitesi yox, daha chox PUA (pilotsuz uchuw aparati) chehilisine oxsayir

Azəri 2019-06-13 17:21:47

Paşinyanın təyarəsinə vertolyotuna atəş açmaq lazım idi. Açılmadı nəticəsi də budur.

Sus 2019-06-13 17:21:47

Molla demiş-arvad onların başına bir oyun açdım ki, iki dəfə ayağımı cizdan kənara çıxardım.

Son yazılar