Yevlaxda 3 tondan çox çətənə kolu aşkar edilib

Dərc olunub: 13/06/2019 - 13:33

905d021372779c1Yevlax rayonunda 3 tondan çox çətənə kolu məhv olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Nəqliyyatda Baş Polis İdarəsinin Yevlax Polis Şöbəsinin əməkdaşları tərəfindən Qax rayonunun Uzuntala kəndi ərazisində dəmir yolu xəttinin kənarında yabanı halda bitən, çəkisi 3,2 ton olan 3452 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.












loading...


Fikrinizi bildirin