"Fənərbağça" "Roma" ilə razılığa gəlib

"Roma"nın futbolçusu Aleksandr Kolarov "Fənərbağça"ya keçməyə yaxındır.

Qol.az-ın "Hürriyət" qəzetinə istinadla yaydığı xəbərə görə, İstanbul təmsilçisi 33 yaşlı müdafiəçi və onun klubu ilə ilkin razılığa gəlib. Hazırda tərəflər arasında müqavilənin bəzi detallarının müzakirə olunduğu bildirilib.

Qeyd edək ki, A.Kolarov ötən mövsüm A seriyasında 33 matçda 8 qol vurub, 1 qolun ötürməsini verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar