Lukaşenko ölüm hökmünü ləğv etmir - Daha bir məhbus edam olundu

Avropa İttifaqı başda olmaqla, bir çox beynəlxalq qurumların təkidlərinə baxmayaraq, Belarus hökuməti ölüm hökmünü ləğv etmək fikrində deyil.

“AzPolitika.info” Belarus “İnterfaks”ına istinadla xəbər verir ki, sözügedən Avropa ölkəsində növbəti ölüm hökmü icra olunub.

Bu dəfə Aleksandr Jilnikov adlı məhbusa qarşı çıxarılmış cəza yerinə yetirilib və bu barədə onun qohumlarına xəbər veilib. Eyni cəzanı alan Vyaçeslav Suxarkonun da edam edildiyi ehtimal olunur. Bu barədə hələ ki, məlumat verilməsə də, praktikada eyni iş üzrə ölüm hökmünə layiq görülənlər elə eyni gündə də edam olunurlar. Məlumatda deyilir ki, bu iki şəxs sifarişlə 3 nəfəri qətlə yetirməkdə ittiham olunaraq, ölüm hökmü cəzasına çatdırılıblar.

Qeyd edək ki, Belarus yeganə Avropa və MDB ölkəsidir ki, ölüm hökmü bu günədək ləğv edilməyib və SSRİ dövründən qüvvədə saxlanılır. Bununla bağlı beynəlxalq təşkilatlar tərəfindən dəfələrlə hökumətə və prezident Aleksandr Lukaşenkoya müraciətlər edilsə də, heç bir faydası olmayıb. Hətta 2018-ci ildə Avropa İttifaqı diplomatiyasının rəhbəri Federiko Moqerini hökumətə müraciət edərək, ölüm hökmünün “qəddar və alçaldıcı metod” olduğunu bəyan etmişdi. Lakin Lukaşenko hökuməti heç bir çağırışa və təzyiqə məhəl qoymur.

Müstəqillik qazanandan sonra ölkədə 100-lərlə şəxs bu cəzaya məhkum olunaraq, edam edilib. Onu da qeyd edək ki, Belarusda bu hökmü güllələnmə yolu ilə icra edirlər.

“AzPolitika”

635x100

Şərhlər

Mux 2019-06-13 18:17:11

Bizim məkanda "ÖLÜM HÖKMÜ" qüvvədə olsaydı AZNEFTKİMYAMAŞIN nəzdində olan "Səbayıl Maşınqayırma Zavodu"n direktoru Əli İsmayıl oğlu İsmayılov z-dun qızıla bərabər 575-dən yuxarı dəzgah və avadanlıqlarını satıb haram yollarla milyardlara sahib ola bilməzdi.Eyni ilə də AZNEFTKİMYAMAŞIN tərkibində olan digər z-d

Cəmşid Dərələyəzli 2019-06-13 18:17:11

Sanıram İnkişaf etməkdə olan ölkələrin hər birində, o cümlədən də bizdə idam cəza qanunu qüvvədə olmalıdır.

Son yazılar