AVRONUN ÜZƏRİNƏ RƏSULZADƏNİN ŞƏKLİ VURULDU -  FOTO

Avropa Mərkəzi Bankında üzərində Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin və Bakı fatehi Nuru paşanın rəsimləri olan avro xatirə pul nişanı basılıb. Bu barədə öz "Facebook" səhifəsində Rəsmiyyə Rzalı-Qarayeva paylaşıb.

Türkiyəli kolleksiyonçu Özgür Honça bəy, layihənin gerçəkləşməsi üçün hərtərəfli dəstəyini əsirgəməyən Serhat Cemil Küçük bəy, şəkilləri seçən və mətn üzərində işləyən Türkiyənin görkəmli tarixci-araşdırmaçı yazarı, general-leytenant Nuri Paşanın komandanlığında Bakının qurtuluşu haqqında çox qiymətli arxiv araşdırmalarının və "Nuri Killigil” kitabının müəllifi Atilla Oralın dizaynı ilə ərsəyə gələn 0 göstərişli evro pul nişanı dövriyədə istifadə olunan avro ilə eyni keyfiyyətdə, eyni özəllikdədir və eyni əskinasdan istifadə olunub. Avro ilə eyni dəyərə malikdir.

Layihənin müəllifi Özgür Honça gördüyü bu böyük işi Türkiyə-Azərbaycan dostluğuna, qardaşlığına ərməğan etdiyini söylədi. "Bundan öncə də Avropa Mərkəzi Bankında Gazi Mustafa Kamal Atatürk ve daha bir neçə şanlı tariximizlə bağlı bu cür xatirə nişanları basdırmağa nail olmuşduq. 2018-ci il həm Azərbaycan Xalq Cümhuryyətinin, həm də Bakının işğaldan azad olunmasının 100 illik yubileyi idi. Biz də qardaş Azərbaycana bir hədiyyə etmək istədik.

Tarixci alim Atilla Oral bəyin yardımıyla layihə üzərində işləməyə başladıq və nəticədə istəyimizə nail olduq. Bu cür pul nişanları dünyanın hər yerində hədiyyə, tanıtma, turizm və xatirə nişanı məqsədlidir. Eyni məqsədlə qardaş Azərbaycana da etdiyimiz hədiyyə 10 min ədəd basılıb. 5 mini Azərbaycana göndəriləcək, 2 min Avropada yayılacaq, 3 min də Türkiyəyə gətiriləcək. İnşallah nəsib olursa xatirə pulunun ilk nömrəsini Azərbaycan Prezidenti cənab İlham Əliyevə də hədiyyə etmək istəyirik", - deyə o bildirib.

Araşdırmacı yazar Atilla Oraln sözlərinə görə, Özgür bəyin böyük zəhmətilə meydana gələn avro xatirə pul nişanının üzərində dalğalanan Türkiyə və Azərbaycanın ay ulduzlu bayraqları fonunda iki böyük tarixi şəxsiyyətin rəsmini görmək olduqca qürurvericidir. "Bu eyni zamanda birliyimizin, sevgimizin, sevdamızın misalıdır. İnanıram ki, hədiyyə Azərbaycan xalqı tərəfindən böyük maraqla, sevgilə qarşılanacaq", - deyə Atilla Oral əlavə edib.

635x100

Şərhlər

dadaşyev 2019-06-14 09:38:16

dadaşyev-ə yazana;Təşəkkürlər.Atatürk 1919-da Samsunda mübarizəyə tam yenicə başlamağa hazırlaşanda əsas fikri Antantanın alıb yunanlara verdiyi İstanbulu azad etmək idi,gənclik illərindən hərbiyyədə dost olduğu ordu komandanlarının ingilis nəzarətində olan xəlifədən üz döndərərək onu dəstəkləməsiylə işi siyasi məsələyə çevirir və Məclis çağırır.4 illik mübarizənin yekununda yeni qurulan dövlətin modelini Azərbaycanın parlamentli modeliindən götürdüyünü "Nutuk" əsərində etiraf edir.Məmməd Əminə heyran idi.

Tahir Həmidova dəstək 2019-06-14 09:38:16

Utanmasın eyey,bu 5-ci kalnunçular ölsünlər!

Köhnə azərbaycanlı 2019-06-14 09:38:16

Həqiqətən çox qürurlandım və sevinc hisləri keçirdim.Yəqin ki Məhəmməd Əmin Rəsulzadənin və Bakı fatehi Nuru paşanın ruhu şad oldu.Bu işdə əməyi olan hər bir kəsə təşəkkürlər.Azəebaycan-Türkiyə qardaşlığı əbədidir."Sən bizimsən, bizimsən durduqca bədəndə can. Yaşa, yaşa çox yaşa ey şanlı AZƏRBAYCAN"- M.Ə.Rəsulzadə.

buzlaq 2019-06-14 09:38:16

Tay denən Avropa ... A qadan alım urus ayısı!!!

Tofiq-ə 2019-06-14 09:38:16

Qardaşım fikrinizə hörmətlə yanaşıram, lakin sizin sərhinizi digər yuxarıdakı şərhlərə yaraşdırmadım.Məqalədə yazılıb axı "0 göstərişli evro pul nişanı dövriyədə istifadə olunan avro ilə eyni keyfiyyətdə, eyni özəllikdədir və eyni əskinasdan istifadə olunub.Avro ilə eyni dəyərə malikdir". Əlbəttdə aydındır ki bu tip əskinazlar gündəlik istifadə üçün deyil və cəmi 10 000 ədəd basılıb, məncə qiyməti də simvolik olaraq yüksəkdir.Yazırsız ki bunun Avropa Mərkəzi Bankına heç bir aidiyyəti yoxdur.Sizcə Avropa Mərkəzi Bankının xəbəri olmadan bu işi görmək olardımı?Yazıda da qeyd edilib ki “Bundan öncə də Avropa Mərkəzi Bankında Gazi Mustafa Kamal Atatürk ve daha bir neçə şanlı tariximizlə bağlı bu cür xatirə nişanları basdırmağa nail olmuşduq”. Məncə çox qürur vericidir, var olsun Türkiyə-Azərbaycan qardaşlığı!

dadaşyev-ə 2019-06-14 09:38:16

Yuxarıda şərh yazan böyük əksəriyətin sevincinə mən də qoşuluram, doğurdan da qürurvericidir.Necə demişlər, qızıl nə qədər torpağın altında qalsada öz keyfiyyətini saxlayar.Sizinlə razıyam ki Məhəmməd Əmin Rəsulzadəyə “Sovet vaxtında Kirovun heykəlinin qoyulduğu yerdə əzəmətli heykəl qoymaq lazımdır.Şəhərin hər tərəfindən baxanda görünsün”.Fikrimcə bu günkü məğlubiyyətlərimizin əsas səbəblərindən biri də milli idiolgiyaya malik olmamaqmızdır.İnanıram ki “Azərbaycan, Azərbaycan...” deyərək canı çıxan, ailəsini də bu yolda qurban verən Məhəmməd Əmin Rəsulzadəyə layiq olduğu qiyməti vermək milli idiolgiyamızın yaranmasına böyük töhfə verər.Məncə müassir qardaş Türkiyənin inkişafının, xarici düşmən güclərə qalib gəlməsinin əsas səbəbi də Mustafa Kamal Atatürkə olan hörmət və bu yoldakı milli idiologiyanın rəhbər mövqey tutmasıdır.

EJDER 2019-06-14 09:38:16

EHSEN.WUBHESIS ,HEQIQET BIR ZAMAN ,PARILDAYACAQ.ALLAH SIZ KIWILERI QENI QENI REHMET ELESIN...

Atilla 2019-06-14 09:38:16

Sizə qurban olum türk qardaşlarımız. Şükür olsun sənə tək böyük ALLAH. HƏQİQƏT QƏLƏBƏ ÇALDI.orada NURU BABAYLA MƏMMƏDƏMİN BABAMIZIN LƏYAQƏTLİ VÜCUDLARI ƏKS OLUNDU. QURBAN OLUM SİZƏ NURU BABA MƏMMƏDƏMİN BABA. AND OLSUN HƏQİQİ ALLAH MƏNİM 45 YAŞIM VAR KİŞİ XAYLAQIYAM AMMA QƏHƏRDƏN GÖZ YAŞIMI SAXLAYA BİLMİRƏM BU DƏQİQƏ KÖRPƏ KİMİ AĞLAYIRAM.SEVİNCDƏN VƏ QƏHƏRDƏN. .....

x 2019-06-14 09:38:16

UREYIME SU SEPILDI GUNESIN UZUN PALCIQLA SUVAMAQ OLMAZ

dadaşyev 2019-06-14 09:38:16

Demokratik Azərbaycan dövlətinin banisi,qurucusu,öndəri Məhəmməd Əmin Rəsulzadəyə eşq olsun.Çox ləzzət verdi mənə vallah.Avropa ölkələrindən birində bu böyük insana heykəl də vacibdir.Bizdə də,Sovet vaxtında Kirovun heykəlinin qoyulduğu yerdə ona əzəmətli heykəl qoymaq lazımdır.Şəhərin hər tərəfindən baxanda görünsün.

Elli 2019-06-14 09:38:16

Bu xatirə pul nişanının buraxılmasında zəhməti olan bütün Türk qardaşlarımıza Azərbaycan xalqı adından öz dərin təşəkkürlərimizi bildiririk. Çox sağ olsunlar!

Mirzə AĞ 2019-06-14 09:38:16

Qardaş düşmən çəpəridi - eşq olsun QARDAŞA!!!

Tahir Həmidov 2019-06-14 09:38:16

Azərbaycan hakimiyyəti hər vəchlə Məmməd Əmin Rəsulzadəni xalqımıza unutdurmaq istədiyi halda Avropa ölkələrin rəhbərləri demokratiya carcıları olmuş Rəsulzadə və Nuri Paşanı valyutaya həkk ediblər. Bizim iqtidar bundan utansın...

Tofiq 2019-06-14 09:38:16

Dostlar, xahiş edirəm yalan xəbərlərə aldanmayın. Bu sadəcə suvenirdir. Nominalı da 0-dır. Belə bir "avro" nu hər kıs çap edə bilər. Avropa Mərkəzi Bankına heç bir aidiyyəti yoxdur.

Son yazılar