“YALTAQ ADAM SONDA MÜTLƏQ ƏCLAF OLUR...” – “Hacıbala müəllim mükəmməl bir dövlət adamı, ziyalıdır...” (Müsahibə)

Şair Rüstəm Behrudinin “AzPolitika.info”-ya müsahibəsi

- Rüstəm bəy, bu yaxınlarda bir neçə şair və yazıçıya fəxri adlar verildi. Bir çoxları fəxri adların verilməsinə qarşıdır. Sizin bu məsələyə münasibətiniz necədir?

- Mənim “xalq şairi”, “xalq yazıçısı”, ümumiyyətlə fəxri adlara qarşı münasibətim hər zaman mənfi olub. Amma bununla belə hesab edirəm ki, bu dəfə fəxri adlar alanların əksəriyyəti buna layiqdir. Ramiz Rövşən olsun, Kamal Abdulla olsun, Vaqif Cəbrayıl olsun. Təbii ki, Vaqifə verilən ad ona yaraşmır. Çünki Vaqif “xalq şairi” olmalıdır. Səhv etmirəmsə, ona “əməkdar incəsənət xadimi” adı verilib. Amma Vaqif şeirdən başqa sənətin hansı növü ilə məşğuldur? Məncə, “xalq şairi” adına ən layiqli şəxslərdən biri Vaqifdir. Amma mükafatları bu adamlar haqq ediblər. Musa Yaqub da o cümlədən. Onların hamısı sevdiyim dostlardır. Amma mən bu adların gəldi-gedər olduğunu düşünürəm. Ramiz onsuz da 20-30 ildir ki, xalq şairidir. Ancaq fəxri adlar məsələsində Əkrəm Əylisli nümunəsi də var. Yəni bir şeyi verib, sonra geri almaq məsələsi. Onu verən geri almaq gücünə malikdir. Hər halda mənim dostlarım bu ada layiqdir. Mənə görə, şairlərə, yazıçılara, dövlət adamlarına qoyulan abidə nə zamansa uçub gedəcək, amma xalqın yaddaşında qurulan heykəli yıxmaq mümkün deyil. Fəxri adlar da bu mənada gəldi gedərdi. Kim şairdir qalacaq, kim şair deyilsə unudulacaq.

- Fəxri adlar siyahısında sizin adınıza rast gəlinmir. Səbəb nədir?

- Birincisi, mən Yazıçılar İttifaqının üzvü deyiləm. Adətən təqdimatı Yazıçılar İttifaqı verir. İkincisi, mən 20 il əvvəl demişəm ki, dünyanın heç bir yerində belə fəxri adların verilməsi təcrübəsi yoxdur. Ədəbiyyat mükafatları verilir, amma fəxri adlar olmur. Məsələn, Türkiyədə xalq şairi və ya xalq yazıçısı fəxri adları yoxdur. Türkiyə də şərq ölkəsidir və belə şeylər adətən olur. Orada “dövlət sənətçisi” adlı titul var. Amma adlar verilirsə, bunu da Ramiz Rövşən, Kamal Abdulla, Musa Yaqub haqq edirsə, mən burada pis şey görmürəm. Çünki onlar doğrudan da bu adı almış adamlardır. Hətta belə adlar verilməsəydi belə “Azərbaycanda şair” deyəndə Ramiz Rövşən, Musa Yaqub yada düşür. İndi əgər belə ada layiq görülüblərsə bu onların halal haqqıdır.

- Son zamanlar sizin ictimai fəallığınız yoxdur. Hətta Prezidentin bir qrup ictimai xadimlərlə görüşündə də sizi görmədik, halbuki, Heydər Əliyevin dövründə belə tədbirlərdə görünür, çıxışlar edirdiniz...

- Prezidentlə görüşə insanı dəvət etməlidirlər. Rəhmətlik Heydər Əliyevlə görüşə məni dəvət etmişdirlər və mən də görüşə getmişdim. Orada da ancaq elə mən danışdım. Bu dəfə sevindim ki, nə yaxşı məni dəvət etməyiblər. Gedib mədhiyyəçilərin içərisində nə danışmaq olardı... Ora əslində artistləri dəvət etmişdilər. Onlar da Prezidentdən nəsə istədilər, mədhiyyə deyənlər də oldu. Mən ədəbiyyat adamıyam. Tanrının mənə verdiyi missiya var və onunla məşğulam. Görüşlər, fəxri adlar mənə uyğun gəlməyən yanaşmalardır. Mən tanrının verdiyi işlə məşğulam.

- Həmin görüşdə Anar, Fikrət Qoca və digər böyük yazıçılar iştirak edirdilər. Yəni bu şəxsləri də mədhiyyə deyən hesab edirsiniz?...

- Onu mən demirəm. Təbii. Mədhiyyə oxumağı onların heç birinə yaraşdırmazdım. Şairlik əslində nədir? Mən düşünürəm ki, şairlik qəribə bir şeydir. Adam bir dəfə yaltaqlıq edə bilər. Əkrəm Əylisinin “Söyüdlərin sarışını” və ya “Mənim nəğməkar bibim” əsərində “çətini bir dəfə əclaflıq etməkdir” ifadəsi var. Yəni bir dəfə etdinsə davamı gələcək. Çalışmaq lazımdır ki, əclaflıq, yaltaqlıq etməyəsən. Mən həmişə düşünürəm ki, axı yaltaqlıq nə deməkdir. Yaltaqlıq qorxaqlıqdan gəlir. Yaltaq adam sonunda mütləq əclaf olur.

- Amma Siz də o vaxtkı Prezident Heydər Əliyevin qarşısında çıxış etmişdiniz, hətta ondan xahişiniz də olmuşdu...

- Əvvəla, mən orada tərif etmirdim. Çıxışda da dedim ki, düşündüyüm, özümün bildiyi şeyləri deyəcəyəm. Siz mənim mədhiyyə oxuduğumu gördünüz?

- Yox, hətta Azərbaycanda nə qədər yaltaq, mədhiyyə oxuyan varsa onların hamısının adından təkbaşına üzr istədiyinizi demişdiniz...

- Bəli. Mən bu qədər yükü üstümə götürdüm və Prezidentin hüzurunda xalqdan üzr istədim.

- Amma Sizin Prezidentdən xahişləriniz də oldu. Nədənsə bunu demirsiniz...

- Bəli, xahişim oldu. Mən adını çəkmədiyim 5 adam haqda danışdım, dedim ki, bu adamların evi yoxdur. Heydər Əliyev göstəriş verdi və bunun səhəri günü onların hamısına ev verdilər. Mən bu məsələni görüş zamanı qaldırmışdım. Görüşdən sonra da mərhum Heydər Əliyevlə görüşdüm. Heydər Əliyev çox böyük dövlət adamı idi və ziyalılara münasibəti birmənalı idi. O, hətta sevmədiyi və istedadlı hesab etdiyi şairi də qiymətləndirə bilirdi. Məsələn, Heydər Əliyev deyə bilərdi ki, Rüstəm Behrudi bizim adam deyil, amma istedadlı adamdır. Bunu da deyib. Mən bəlkə də tək adamam ki, Heydər Əliyevlə görüşdən sonra çıxışımı özünün seçilmiş əsərlərinə salıb. Yalnız mənim fikirlərimi. Təbii ki, mərhum Heydər Əliyevin xəbəri olmadan mənimlə olan söhbəti onun seçilmiş əsərlərinə sala bilməzdilər. Təbii ki, bu onun göstərişi ilə ola bilərdi. Görün Heydər Əliyev nə qədər böyük şəxsiyyətdir və onun ziyalıya münasibəti necədir. Halbuki, mən orada olanları danışdım, hətta tənqidlərim də oldu. Əslində Heydər Əliyev istəsəydi məni danışmağa qoymaz, lazım gəlsə sözümü kəsərdi. Amma sona qədər mənə qulaq asdı. O, birmənalı olaraq Azərbaycan ziyalısını dəstəkləyirdi. Onun xeyrinə danışanı da, danışmayanı da. Çünki özü ziyalı idi, Azərbaycan ədəbiyyatını gözəl bilirdi.

- Hacıbala Abutalıbovla əvvəllər dost idiniz. Hacıbala müəllimin vəzifəsi bir qədər də artdı. Onunla əlaqəniz varmı?

- Hacıbala müəllim ziyalıdır, alimdir. Yəqin ki, sizin də ellilərinizlə salam-kəlamınız var. Mənim də Hacıbala müəllimlə belə münasibətim var. Təbii ki, Hacıbala müəllim böyük alimdir. Mən Amerikanın ən məşhur fizika və riyaziyyat jurnallarında Hacıbala müəllimin məqalələrini görmüşəm. Bu jurnallarda adətən Nobel mükafatı alan alimləri çap edirlər. Bu mənada böyük alimdir. Mən onu akademiyada işlədiyi vaxtdan tanıyıram, həmişə də salam-kəlamımız olub.

Hacıbala müəllimi yaxından tanıyanlar bilir ki, o, sıradan bir mer, dövlət adamı deyil! O, fərqli dünyagörüşə, fəlsəfi düşüncəyə malik bir ziyalıdır. Mən onunla elədiyim fəlsəfi söhbətlərdən heç vaxt yorulmadım! Mən etrafımdakı adamların içində ondan səmimi adam görmədim! O, kimdisə özüdü, onda yapma, yalan, görüntü olacaq heç nə yoxdu! Bir sözlə, Hacıbala müəllim mükəmməl bir dövlət adamı, ziyalıdı!

- Şərq ölkələrində hökmdarın, dövlət adamının şairə, yazıçıya dəstək göstərməsi, ənam verməsi, yardımı ənənə hesab olunur. Hacıbala müəllimin də sizə dəstəyi varmı?...

- Mənim heç nəyə ehtiyacım olmayıb. Azərbaycanda heç kim deyə bilməz ki, mənə yardımı dəyib. Mənim evim, bağım və avtomobilim var. Bunları özüm qazanmışam. Mənim təkcə “Salam dar ağacı” kitabım 20 dəfə tərcümə olunub və hər dəfə də 50-100 min tirajla. Bu da puldur. Eləcədə, xaricdə kitabların çap edilib. Azərbaycanda son kitabım böyük tirajla çap edilib və satılır. Bunlar mənə yetərlidir. Mən çox az şeylə qane olan adamam. Ona görə mənim heç kimə ehtiyacım yoxdur.

- Adətən hər ilin iyun ayında ictimaiyyət mərhum Prezident Əbülfəz Elçibəyin hakimiyyətdən devrilməsinin, onun Bakını tərk edərək Kələkiyə sığınmasının səbəblərini araşdırır. Siz zamanında Elçibəyin ən yaxın dostlarından olmusunuz. İllər keçdikdən sonra Elçibəyin hakimiyyətdən getməsini şərtləndirən davranışlarına münasibətiniz dəyişibmi?

- Əbülfəz Elçibəyə böhtan və şər atan, onu dövlət işlərindən bixəbər sayan adamlar əslində onun hakimiyyətdən getməsi üçün çalışan adamlar olub. Onu iradəsiz olmaqda, dövləti idarə etməkdə zəif şəxs kimi qələmə verənlər Elçibəyə düşmən münasibətdə olan şəxslərdir. Onların topası Elçibəyin Azərbaycan xalqının taleyində oynadığı ən kiçik rolu belə oynaya bilməz!

Əbülfəz Elçibəy Bakını tərk edən günün səhəri mən də Kələkiyə getmişdim, onunla görüşdüm. Orada bu məsələləri danışdıq. Ən doğru çıxış yolu onun atdığı addım idi. Vətəndaş müharibəsi salmaq, Rusiyanın Azərbaycanı parçalamaq niyyəti vardı. Əslində Azərbaycanı Gürcüstan, İran və Ermənistan arasında bölüşdürmək planları vardı. Bu mənada Elçibəy ən doğru addımı atdı. Sadəcə Elçibəyin ən böyük günahı ətrafındakı adamlara çox inanmağı oldu. O yaxın adamlarına bu qədər inanmamalı idi. Onu yıxan elə ətrafındakı adamları oldu. Ancaq bütün hallarda Elçibəy Azərbaycan xalqının taleyində böyük epoxadır. Pənah Hüseyn bu yaxınlarda 1993-cü ildə keçirilən Dövlət Müdafiə Komitəsinin iclasının protokolunu yayıb. Həmin iclasda Elçibəy açıq göstəriş verib, deyib ki, Sürət Hüseynov ya həbs, ya da məhv edilməlidir. Ancaq ətrafındakı adamlar buna mane olub, göstərişi icra edə bilməyiblər. Elçibəy ağılsız adam deyildi və qiyamın sonunu görürdü. Onun mövqeyi olub, sadəcə ətrafındakı adamlar onu aldatdılar və göstərişi icra etmədilər. O, Surətin məhv edilməsini əmr etmişdi. Sadəcə ətrafı onu aldatdı...

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

aqil 2019-06-14 20:00:40

siaseti ve tarixi yalniz iki rengde gormek olmaz.Elcibey [Allah rehmet elesin]oz rolunu oynayib qurtardi.deyek ki,meharetle.amma muveffeqiyyetden bawi gicellenen rejissorlar zorla bawqa rol verdiler.ikinci rolu bey demek olar ki, oynaya bilmedi.vessalam.Heyder Aliyev [Allah rehmet elesin] idareciliyi daha yaxwi bilirdi.o da Azerbaycan ucun 3 il iwledi.vessalam.

Malik 2019-06-14 20:00:40

Gah Elçibəyi hakimiyəti indiki iqtidara verməkdə günahlandırırlar, gah da Heydər Əliyevi xalqın böyük xilaskarı kimi söyləyirlər. Görəsən bu iki ziddiyətli fikiri söyləyən şəxs bunlardan hansının doğru olduğunu özü bilir?

yusif 2019-06-14 20:00:40

hacibala bunun qardasina 7 maqaza acib vermisdi- maqazalarin adi behrud idi. sonra o maqazalarin bir necesi sokulende rustem behrudi muxalifetci oldu

ARslan və Soltan 2019-06-14 20:00:40

Əvvəla özünü xalqın alimi,ziyalısı adlandıran insan özünü ciddi aparar ki,ona da ciddi yanaşılsın.Öz işi və əməli ilə səviyyəsini saxlayar.Bu Hacıbalan! Qaldı məsələnin ikinci tərəfi: Əgər Elçibəyin düzgün tərcümeyi halını bilsəniz.onun necə həbs olunub,həbsdən azad olduğunu,sonra nə işlərlə məşğul olduğunu bilsəniz,onun Kələkiyə niyə və nə üçün göndərildiyini anlayarsınız......

dadaşyev 2019-06-14 20:00:40

davamı;Bizim bir millət olaraq bəxtimiz onda gətirdi ki,o kritik vaxtlarda Heydər Əliyev sinəsini qabağa verib son dərəcə ağır yükün altına girdi.Və ABŞ-ın,sionizmin,dünya imperializminin Qafqazda ikinci Əfqanıstan yaratmaq planlarını pozmağı müvəffəqiyyətlə bacardı.Yəni dünya gördü ki,yooox,sahibimiz var,ona görə də yaxamızı buraxdı və gözünü Çeçenistana dikdi.Ondan da bir şey çıxmayınca bu dəfə Gürcüstanı qurdalamağa başladı.Ondan da bir şey alınmadı,indi Ukraynanı qurdalamaqdadı.

dadaşyev 2019-06-14 20:00:40

davamı;Qardaş qırğınına gedilmək istənməyən ölkədə o böhranlı aylarda Pənah Hüseyn yox,müdrik birisi baş nazir postuna gətirilməliydi.Amma niyə məhz Pənah?Niyə?Onun təqdimatını Bəyə kim etdi və Bəy də niyə bu işə qol qoydu?Bilmirdimi cənub torpaqlarımızı İrana,şimal torpaqlarımızı Dağıstana birləşməyi elan edən zatıqırıq vətən xainlərinin tüğyan etdiyi o ağır günlərdən Pənahın başıyla çıxmaq olmaz?O günləri yaşamayan gəncləri bu gün mitinqlərə çağırmaq asandır,amma sən,biz axı yaşadıq o günləri.

dadaşyev 2019-06-14 20:00:40

davamı;Odur ki,qaçhaqaç düşdü.Amma əgər qardaş qırğınına gedilmək istənməmişdisə niyə hakimiyyəti təhvil vermək istəmədi?Seçkilərin keçirilməsi və Heydər Əliyevin prezidentliyə gəlməsi üçün müəyyən müddət gərəkirdi,amma Qarabağ o aylar od tutub yanırdı,bir gün-bir saat belə hansısa kəndin-rayonun itirilməsi demək idi o günlər.Bəy əgər qardaş qırğını istəmirmişsə hakimiyyəti təhvil verməli deyildimi?Bəlkə Azərbaycanı Əfqanıstanın,Suriyanın gününə düşməsi üçün xaricdən plan cızanlar qoymadılar onu?Kim bilir

dadaşyev 2019-06-14 20:00:40

AXC-nin hakimiyyətdən qaçması vətəndaş müharibəsinə getmək istəməməsiylə qətiyyən bağlı deyil,çünki məlumdur ki,Surətin batalyonu Nəvaidə dövlət qoşunuyla qarşılaşanda qırğın əmri verilmişdi,əsgərlər bu əmrə tabe olmamışdılar;bunu o günlərin rus xəbər kanalları və Amerikanın "Azadlıq" radiosu da bildirmişdi.O günlərin Mirzə Xəzərini təkrar dinləyin,görəcəksiniz.Ali Baş komandan olan Bəy də görəndə ki,əsgər artıq onun əmrini yerinə yetirmir,anladı ki işin sonudu artıq,Surət Bakıya girsə dağıdacaq hər şeyi.

Soltan 2019-06-14 20:00:40

Arslana:Arslan əzizim, əgər bir ziyalı, şair, xalqın sevimlisi ordunu başsız qoyub qaçan Ali baş komandanının qaçmağına haqq qazandır, bunu guya gözlənilən vətəndaş müharibəsi olacaqdır deyə əsaslandırırsa o şair ya yalançıdır, ya da xalqı aldadır. Bəyin 4-15 iyun ərəfəsindəki çağırışına heç 1000 nəfər də prezident aparatının qabağına gəlməmişdi.Nə vətəndaş mharibəsi? Bu haqda Bəyin öz tərəfdaşları dəfələrlə deyib. Bəyə xalq artıq inanmırdı. Bundan başqa, tutaq ki, Bəyə sui qəsd hazırlanırmış, ona görə qaçıb. Yaxşı razılaşaq! Bəs 1997-cı ilin noyabrına kimi Kələkidə oturmağına necə haqq qazandırmaq olar? Şair buyursun əsalandırsın. Haqqa nahaq deyən şairə nə hörmət olar?

Arslan 2019-06-14 20:00:40

İnsanlarımızda bu qədər nifrətin, qəzəbin olması təəssüf doğuracaq qədər də, qorxuludur. R.Behrudi istedadlı bir şairdir, ziyalıdır. Hansısa fikrini qəbul edib-etməyə bilərik. Ancaq bir fikrə görə, səhv də olsa belə,xalqın tamarzı qaldığı 5-10 həqiqi ziyalının üstündən düşünmədən xətt çəkən millətin sabahı daha dəşhətli olacaq. Kimisə qəbul etməyə bilərik, ancaq bir yanlışa görə tək-tük işıqlı insanımızın üstündən dərhal xətt çəkməyə heç kimin haqqı yoxdur. Qədibilən olaq, hər kəsə haqq etdiyi dəyəri verək.

dadaşyev 2019-06-14 20:00:40

Sən daha qələmi yerə qoy.Akkumulyatorun bitib daha.Şairliyin bura qədərmiş.Məndə sənin 2 kitabın var,sevə-sevə oxuyurdum,sabah aparıb ikisini də bazarda Səkinə arvad var,semiçkasatan,ona verəcəyəm ki,vərəqlərini cırıb istifadə eləsin.Sənin kitabların ancaq bu işə yarayar bundan sonra.Kitablarını oxuduğum vaxta gələn heyfim qədər heç nəyə heyfim gəlmir daha sənin adını eşidəndə.

Soltan 2019-06-14 20:00:40

...Rüstəm,xahiş edirəm Bəyin 1997-ci ilə kimi Kələkidə oturmağına necə haq qazandırısınız. Xahiş edirəm cavab ver. İzah elə, bəlkə biz bəzi şeyləri bilmirik......

dadaşyev 2019-06-14 20:00:40

Soltana;Ay Soltan qardaşım,özünü yırtma dağıtma,bu deməyəcək,mən deyim,bil və agah ol:ta 1988-dən başlayan Domsovet meydanı ajiotajı bütün o 5 il ərzində 1993-ün iyununa xidmət edirdi.Məsələlər hərlənib fırlanıb ona doğru gəlməliydi gec ya tez.Bəyin qaçmağına da bu 5 illik uzun zəncirin halqalarından biri kimi bax.Pafossuz düşünənlər dediklərimi anlar.Tarix pafos sevmir,soyuq düşüncə sevir.Qarabağətrafı rayonların işğalı bu 5 illik oyunun son akkordlarıydı.O akkordlarsız o 5 il yekunlaşmazdı.Əl əli yuyar.

Soltan 2019-06-14 20:00:40

....Neynək Siz deyən olsun şair:”.. Elçibəy ən doğru addımı atdı.” Getdi. Xətadan-bəladan uzaq! Rüstəm, Tahir Kərimli o vaxtlar yazırdı: “getdik Bəyin yanına onu ziyarət etdik, dedik a Bəy Bakıya qayıtmağın lazımdır! Bəy də gah bu yaxınlarda qayıdacam, gah lap bir aya qayıdacam deyirdi lakin qayıtmadı…” ....1997-ci ildə nəhayət ki, Bəy qayıtdı. ... Gəlib aranı dedi ki, Sem dayı belə məsləhət görür… Xalq birdəfəlik ümüdünü, inamını itirdi... Bəy yenidən prezident olmaq istədi... Mirmahmud ağa televizorda Bəyin bu niyyətini elan edəndə tamaşaçılar sual verdi ki, Bəy bizi çətin anda qoyub getdi, biz onu yenə prezidentmi seçək? Mirmahmud ağa cavab verdi ki, bu dəfə elə prosedurlar, nə bilim nələr, nələr… yartatmışıq ki, daha gedə bilməyəcək!!!….Allah! Allah! ... Rüstəm, xahiş edirəm Bəyin 1997-ci ilə kimi Kələkidə oturmağına necə haq qazandırısan. Xahiş edirəm cavab ver. İzah elə, bəlkə biz bəzi şeyləri bilmirik...

Soltan 2019-06-14 20:00:40

Rüstəm salam.Sevdiyim şairlərdən olmusunuz.Şəxsən bir az söhbətimiz də olub. Rüstəm,incimə.Mərhum prezident Əbülfəz haqda fikirləriniz 30 il bundan qabaqkı dövrə aid fikirlərdir.Siz elə o vaxt necə idinizsə,deməli elə də qalmısınız.Adını çəkdiyiniz Dövlət Müdafiə Komitəsinin iclasında rəhmətlik Əbülfəz bəy deyir:"Bu yolda sonacan mübarizə aparacam.Bir başım var, onu da qurban verməyə hazıram.".Bu sözləri deyən Bəy, cəmisi 10 gündən sonra ordunu, xalqı başsız qoyub gedir....

Sahib 2019-06-14 20:00:40

Bir zaman bir şair var idi "Salam dar ağacı" adlı bir şeir yazıb özünü həqiqət uğrunda alovlu, döbməz mübariz kimi təqdim edir, yeri düşəndə "mən dar ağacına salam verdim" deyə özünə heyranlıqdan məst olurdu. İndi isə korrupsiya sisteminə inteqrasiya etmiş, bunu adi şey sayan, "Behrud" şirkətinin "ağsaqqalı" var... görünür hansının ki, məsləki, dəyərlər sistemi Abutalovla üst-üstə düşür. Ona görə də Rüstəm indi siz "salam rüşvət ağacı" rədifli 1 şer yazsanız daha düz olar....

Alim 2019-06-14 20:00:40

Azərbaycanın görkəmli fizikləri Cavad və Əhməd Abdinov qardaşları Behrud kəndində anadan olmuşlar. Fizik kimi Hacıbala bu qardaşlarla müqayisədə kiçik bir molekuladır. Abdinov qardaşlarının Rüstəmə obyektlər və bina tikdirib bağışlamaq imkanları yoxdur. Bu qardaşlar yalnız elmlə məşğul olduqları üçün, Rüstəmə lazım deyillər. Rüstəmə nə əsil alim lazımdır, nə də fizika. ....

dadaşyev 2019-06-14 20:00:40

davamı;Ona görə də belə başa düşdüm ki,çox qəliz bir işin düşüb ona,neçə dəfə getmisən yanına alınmayıb,ona görə də demisən əcəb fürsətdi,KİV-də qoy biraz "baksovetlik" eliyim sonra gedim yanına.("baksovetlik eləmək" gənclər arasında çox işlənən sözdü,təvazökarlıqdan uzaq olsa da deyim ki,mən mod salmışamb,birisi müəllimə-filana yaltaqlananda o saat deyirlər "baksovettik eləmə adə".Və ya tamada birisinin tərifini yüksəklərə qaldıranda tostun uzanmasından bezib deyərlər "ay ağzından baksovet,tez elə dəə")

dadaşyev 2019-06-14 20:00:40

Əgər,misalçün,Vaşinqtonun meri desə ki,bu gündən mən öz doğum günümü dəyişib Avraam Linkolnun doğum gününü yazdıracağam pasportuma,elə bilərəm o merin başına soyuq dəyib.Kim nə vaxt doğulubsa o vaxt da doğulub yəni.Baksovet isə,ay mənim yaltaq şairim,dövlət orqanı yox,hökümət orqanıdı,yəni qanunən ali hakimiyyətə yox,birbaşa baş nazirə tabedir.Mükəmməlliyə gəlincə,yəni Hacıbala Makedoniyalı İsgəndər kimi Balkanlardan Hindistana,Misirdən Qafqaza qədər torpaqları tutubmu ki,qeyri-adi olsun?Nağayrıb yəni?

yalçın 2019-06-14 20:00:40

salam dar ağacı şeirinin gerçək müəllifi o yox, şair və filoloq alim Akif Azalpdır..bütün digər mətləblərin sirri məhz elə faktdadır..

dadaşyev 2019-06-14 20:00:40

Deyir Sabirin bir uşaqlıq dostu yaxşıca varlanandan sonra Sabirdən uzaq durmağa başlayır,nəhayət,iş o yerə gəlib çatır ki,bir gün şairin salamını da almır.Şair fikirləşir ki,bəlkə xətrinə dəymişəm,dönüb soruşur nolub,nə xəbərdi?Adam bunu başa salmağa çalışır ki,mən indi yüksəklərdəyəm,sən də kim olursan yəni.Sabirdən əsəbi gülüş çıxır.Adam deyir nəyə gülürsən?Sabir deyir "Sən beləysənmiş balam,ay bərəkallah sənə.Ağzuva olsun qadam,ay bərəkallah sənə".Elə gülə-gülə də uzaqlaşır.(qadamın mənası çoxmuş yəni).

Əli 2019-06-14 20:00:40

Ay Rüstəm bəy! Sizi indiyə qədər obyektiv, haqqı nahaqqa verməyən adam zənn edirdik. Siz ki, Hac Ab-ı "mükəmməl dövlət adamı" elean edirsinizsə, hayıf sizdən. Nə olsun ki, o da ordubadlıdır? Siz insana ordubadlığına görə o qədər həngamələrini görməməzliyə vurmağınız nə deməkdir? HacAb-ın Baklını böyük gecəqondiya döndərməsi, hər sota, Kv M-ə mafioz korrupsion qiymətlə xırıd etməsi onun "mükəmməl dövlət adamı" olması əlamətidirmi? Bəs yeni bina tikilməsinin korrupsion şərtlə həll edilməsi?Çox ayıb olsun!!!

dadaşyev 2019-06-14 20:00:40

A kişi,şair adamsan..... Hacıbala Abutalıbovu hamı tanıdığı halda bu nə bəy tərifidi?Nə danışırsan sən?Bütün o müsahibən o bir tək cümləylə gözümdən düşdü vallah,normal adam bilirdim səni.Nə gündəsən Niyaməddin?Onda elə sən də onun tayısan.Heyif səndən.Sən kimin malını yemisən ki,qorxundan yaltaqlanırsan?

AntiAbu 2019-06-14 20:00:40

2004-cü il. Hacıbala Bakı şəhər İcra Hakimiyyətində rayon İcra Hakimiyyətləri Başçılarının iştirakı ilə keçirilmiş iclasda özünü “iyrənc rüşvətxor” adlandırır. İclasda olanlardan biri, bu çıxışı diktofona yazıb, Qənimət Zahidə ötürür. Qənimət əl çəkmir.“Azadlıq”qəzetində bu mövzuda silsilə məqalələr çap olunur. Hacıbalanın qardaşı Osman, bu məsələni yoluna qoymağı Rüstəmə tapşırır. Rüstəm, Qəniməti Hacıbalanın kabinetinə gətirir və anlaşma olur. Bundan sonra “Azadlıq” qəzetində Hacıbalanın əleyhinə bir dənə də olsun məqalə çap olunmur. Əksinə bu qəzetdə Hacıbalanın əlaltıları tərəfindən akademik Ramiz Mehdiyevin əleyhinə yazılmış məqaləlr çap olunur.........

mahmud 2019-06-14 20:00:40

Bu Behrudi artiq ic uzuznu acdi Demali Hacibala buna Padamdartda Salyan sossesi 32 unvanda torpag va torpaga cixarish alib hadiyya edib bu isa hamin torpagi Ramin adli birina satib Ona gora bela tariflayir Hacibalani

Vaqif bəyə 2019-06-14 20:00:40

Ancaq Siz də Hacıbalaya yaltaqlıq göstərirsiniz.Onun alim kimi hansı mükəmməl elmi açılışını tanıyırsan? Amma onun davranışı və hərəkətləri komik artist Lyü de Fyunesi xatırlatmır? Onun mer işlədiyi zamankı fırıldaqlarından bixəbərsiniz? Yazıq!Məmləkətdə tərif etməyə adam tapmadınız?

R.Behrudiyə 2019-06-14 20:00:40

Bunu şair kimi anıyan var? Sadəcə bir... məqalə yazıb sayta göndərib....Bu da nəticəsi! Kommentariləri oxuyub ləzət alsın.Özünü asmasa yaxşıdır.Onun kitabları olduğu ilk dəfə eşidilir.Yəqin depoda vərəqləri də saralıb,bir-birinə yapışıb.Sırıdığı bir neçə nüsxə isə açılmamış bir kənara atılıb. ...belə tarixçidən,şairdən,"elm"adamından nə xalq nə dövlət bir mənfəət görməz!Hacıbalanın "elmi-fizikası" kimi.

yalçın 2019-06-14 20:00:40

bu linkdəki yazı tam başqa şeylər deyir:http://teref.az/musahibe/85066-onu-hech-kim-kasib-gormeyecek-rustem-behrudinin-qardashi.html

dadaşyev 2019-06-14 20:00:40

Məmurlar dünyasında yaltaqların sayı yetim malı yediyi üçün vəzifəsini itirəcəyindən qorxanların sayı ilə düz mütənasibdir.Yəni kim yetim malı yeyirsə o,mütləq yaltaqdır.Formulu belədir:Y=K*Yetim.Burada Y-yaltaq,Yetim-yetim malı yeyəndir.K isə mütənasiblik əmsalıdır,əclaflıq sabitidir,bütün cəmiyyətlər üçün konstandı.Yəni Almaniyada 3 yetim malı yeyən varsa demək 3 yaltaq var,böləndə 1 edər.Bizdə məmurların hamısı yetim malı yeyir deyə hamısı yaltaqdı,böləndə yenə 1 edər.

Vaqif 2019-06-14 20:00:40

Zeynəb Xanlarova da Prezidentlə görüşdə yaltaqlıq edib.O da Siz deyənlərdəndir?

Bashirov Qarib 2019-06-14 20:00:40

Hörmətli Vaqif muəllim,kaş bu həyatsevər nikbin dahi şairə belə bir sual da verəydiniz-şair,bəs,gözlərinizdəki nigarançılıq və narahatçılıq nəyin əlamətidir?

Arif 2019-06-14 20:00:40

Kimliyindən aslı olmayaraq ölkəsinin vətəndaşı ölkəsinə millətinə səmimi yanaşmalı onun keçmişinə olduğu kimi gələcəyinə isə keçmişindəkilərimizin biz üçün edə bilmədiklərindən nəticə çıxarıb gələcəyimizi qurmalıyıq saxta milətçilikdən dinçilikdən regionçuluqdan uzaq durmalıyıq...

Son yazılar