Moldovanın baş naziri baş prokurorun istefasını tələb edib

Moldovanın baş naziri Maya Sandu hüquq-mühafizə orqanları əməkdaşlarının müxalifət nümayəndələrini izləməsi barədə jurnalist araşdırmasının nəşr olunmasından sonra ölkənin baş prokuroru Eduard Harunjenin istefasını tələb edib."Report" TASS-a istinadən xəbər verir ki, bu barədə o, "Facebook"da yazıb.

"Konstitusiya və qanunları pozduğuna görə Harunjenin istefa verməsini xahiş edirəm. Onun əvəzinə müsabiqə ilə müstəqil prokuror təsdiqlənəcək", - Sandu bildirib.

Onun sözlərinə görə, bütün vətəndaşlar keçmiş rejimin qeyri-qanuni fəaliyyət göstərdiyini, şəxsi həyata müdaxilə etdiyini, təqiblər həyata keçirdiyini, telefon danışıqlarını və şəxsi söhbətləri dinlədiyini bilir və deyir: "Həqiqət isə təsəvvür etdiyimizdən də pisdir".

Moldovada araşdırma və təhlükəsiz nəşriyyat ilə məşğul olan Reportyorlar Assosiasiysı siyasətçilər, vətəndaş cəmiyyəti nümayəndələri və jurnalistlər də daxil olmaqla 50-dən çox insanın prokurorlar və polis məmurlarının xüsusi marağı altında olduğunu sübut edən dəlilləri dərc edib.

"Onların telefon danışıqları dinlənilib, hətta bəzilərinin özəl həyatı izlənilib. Onların evlərində mikrofonlar və videokameralar quraşdırılıb", - yazıda qeyd olunur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar