Jurnalist onu döyən polisin adını çəkib

Rusiyada böyük rezonansa səbəb olan jurnalist İvan Qolunovun həbsilə bağlı yeni detallar üzə çıxır.

“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, artıq azadlıqda olan Qolunov polis şöbəsində döyüldüyünü deyib.

Kseniya Sobçakın “youtube” kanalına müsahibə verən jurnalist şərlənərək həbs olunduqdan sonra polislərin onunla kobud davrandığını deyib. Onu döyən şəxsin adını çəkən Qolunov bunun Maksim Umetbayev adlı əməliyyatçı olduğunu bildirib. Jurnalistin sözlərinə görə, əməliyyatçı onun gicgahına iki yumruq zərbəsi endirib. Fiziki cəhətdən o qədər də sağlam olmayan Qolunov həmin hadisədən sonra tez-tez gecələr “panik hücum” yaşadığını bildirib. Həmin polis işçisi ilə bağlı hansı tədbirin görüləcəyi barədə hələ ki, məlumat verilmir.

Xatırladaq ki, üzərində narkotik olması iddiası ilə şərlənərək həbs olunan İ.Qolunov mətbuatın və siyasi müxalifətin təzyiqlərindən sonra azadlığa buraxılıb. V.Putin onun həbsinə görə cavabdehlik daşıyan iki generalı vəzifəsindən və polis orqanlarından qovmağa məcbur olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar