Zelenskinin partiyasının lideri Ukrayna dilində danışmaqdan imtina etdi

Dərc olunub: 14/06/2019 - 22:22

8Ukrayna Prezidentinin “Xalqın qulluqçusu” partiyasının lideri Dmitri Razumkov “Hakimiyyət hüququ” siyasi verilişinin canlı efirində ölkənin rəsmi Ukrayna dilində danışmaqdan imtina edib.
Aznews.az-ın məlumatına görə, o bildirib ki, Ukrayna dilində deputat olandan sonra danışmağa başlayacaq.

“Xalqın deputatı olan kimi, imkanım olsa, mən mütləq Ukrayna dilinə keçəcəyəm”, - deyə Razumkov vurğulayıb.

Bundan əvvəl “Xalqın qulluqçusu” partiyasının lideri bəyan etmişdi ki, Ukrayna dili ölkədə yeganə dövlət dili olaraq qalmalıdır.








loading...


Fikrinizi bildirin