"Fənərbağça" Əmrə ilə razılığa gəlib

"Başakşəhər"lə müqaviləsi başa çatan Əmrə Bəlözoğlu "Fənərbaxça"ya qayıtmağa yaxındır.

Qol.az-ın Türkiyə mətbuatına istinadla yaydığı xəbərə görə, bu gün İstanbul klubunun prezidenti Ali Koç Türkiyə millisinin üzvü ilə görüşüb və tərəflər arasında razılıq əldə olunub. 38 yaşlı yarımmüdafiəçi ilə yaxın vaxtlarda rəsmi müqavilə imzalanacağı və bu transferin elan ediləcəyi bildirilib.

Qeyd edək ki, Ə.Bəlözoğlu 2008-2012 və 2013-2015-ci illərdə "Fənərbağça"da oynayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar