Azərbaycanda Milli Qurtuluş Günüdür

Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur.

"Report" xatırladır ki, Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan edib və bu gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub, Azərbaycan dövlətçiliyi yox olmaq təhlükəsindən qurtulub.

Həmin gün Azərbaycan xalqının tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev Ali Sovetin sədri seçilib. Bununla da uzun illər davam edən gərginlik və qarşıdurma səngiyib və ölkə vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas olub. Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin edir.

Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ suverenliyi qoruyub inkişaf etdirmək idi və bu ümummilli liderin iradəsi sayəsində reallığa çevrildi. O, Milli Azərbaycan dövlətçiliyi konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq, ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu.

Heydər Əliyev 1993-cü il iyunun 20-də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün yerli və xarici jurnalistlər üçün brifinq keçirib, iyunun 21-də isə bir sıra ölkələrin diplomatları ilə görüşüb. Bu sahədə yürüdülən siyasət respublikanı informasiya blokadasından çıxartdı. Dünyada Azərbaycanla bağlı formalaşan fikri müsbət yöndə dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti və xarizması siyasi böhrana son qoydu və Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı.

1997-ci ildə Milli Məclisin deputatları 15 iyun tarixinin təqvimə Azərbaycan Respubıikasının Milli Qurtuluş Günü kimi salınması təklifi ilə çıxış ediblər və parlament bu təklifi bəyənib. Həmin vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş Günü kimi qeyd edilir.

635x100

Şərhlər

download 2019-06-15 00:12:52

ULU ÖNDƏR HEYDƏR ƏLİRZAOĞLU ƏLİYEV - TAM VARLIĞIYLA VƏTƏNİ AZƏRBAYCANA, DÖVLƏTİNƏ VƏ XALQINA XİDMƏT ETMİŞ, QLOBAL SİYASİ MƏKANIN BÜTÜN TƏHLÜKƏLƏRİNƏ BAXMAYARAQ YENİLMƏZ SƏRKƏRDƏ OLARAQ XİLASKARLIQ MİSSİYASIYLA AZƏRBAYCAN XALQININ SİVİL FORMALAŞMASINDA XÜSUSİ XİDMƏTLƏR GÖSTƏRMƏKLƏ ÖZÜNÜN-AİLƏSİNİN-XALQININ İMZASINI MÜASİR DÖVRÜN DÜNYA DÜZƏNİNƏ ATMAĞA NAİL OLMUŞ FENOMENAL ŞƏXSİYYƏT, DAHİ SİYASİ FİLOSOF, MÜASİR AZƏRBAYCAN DÖVLƏTÇİLİYİNİN BANİSİ VƏ AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİDİR!

Son yazılar