Qazaxıstanda müəllimi təhqir edənlər cərimələnəcək

Qazaxıstanda pedaqoqun təhqir edilməsinə görə cərimə tətbiq olunması planlaşdırılır.“Report” “İnbusiness.kz” saytına istinadən xəbər verir ki, bu barədə “Qazaxıstan Respublikası pedaqoqun statusu, şagird və müəllimin yükünün azalması üzrə məsələlərə dəyişiklik və əlavələrə dair qanunverici aktlar haqqında” qanunda bildirilib.

Qeyd olunub ki, müəllimin şərəf və ləyaqətini təhqir edən yetkinlik yaşına çatmayanların valideynləri, yaxud onları əvəzləyənlər 252 500 tenqe (653,5 dollar) məbləğində cərimələnəcək.

Sənədin ictimai müzakirəsi 2019-cu il iyunun 27-dək davam edəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar