PEŞƏKARLARIN AŞAĞILANMASI... - "Belə elita ilə ölkədən əsər-əlamət qalmayacaq!"

Rusiyadakı durum Azərbaycanda da hakimdir!

Rusiyada «oxumamış»lar və «istedadsız»lar özunü elita elan edib. Bu, milli təhlükəsizliyə başlıca təhdiddir! Nədən ki, ölkənin inkişafına töhfə verə bilənlər, bu halda hakimiyyətin düşməninə çevrilirlər.

Mən, ilk səhifəsini İvan Qolunov işinə həsr etmiş «Kommersant» və «Vedemosti» qəzetlərini almaq istəyirdim. Amma evdən çox gec çıxdığımdan, artıq onları alıb qurtarmışdılar. Hər nə isə bu da ədalətlidir: axı mən, lap çoxdan bu qəzetləri oxumaqdan əl çəkmişəm. Əmin idim ki, artıq heç kimə lazım olmdığından Rusiyada jurnalistika ölüb...

Birdən, o, hələ də diri olduğunu büruzə verdi. Və hətta hava haqqında xəbər və gənclər üçün «dəb» uyduran ən əhəmiyyətsiz müxbir belə, son günlər öz gözündə bir qədər böyüyüb. Çünki KİV-də yalnız əmək haqqına işləmək özünə hörmət edən hər hansı peşəkar üçün indi rəzalət sayılır.

Söhbət, əlbəttə ki, təkcə mediadan getmir. Peşəkarların aşağılanması bütün sahələrdə - təbabətdən tutmuş, aviasiya yaradıcılığına, elmdən tutmuş idmana qədər - muasir Rusiyada müşahidə olunan qorxunc əlamətdir...

Rusiyada qarşıdurma xətti bu gün «liberal»larla «mühafizəkar»lar və ya «Kreml qüllələri» arasında o qədər getmir (bütün bunlar süni şəkildə cəmiyyətə sırınan konstruksiyalardır), nəinki peşəkalarla «oxumamışlar» arasında gedir. Uzun illər ərzində yanlış kadr seçimi sayəsində məhz soyuqqanlı «istedadsızlar» hakimiyyəti əl keçirərək, özlərini elita elan ediblər.

Mütəxəsislər üçün 3 yol qalıb: ixtisasdan (peşədən) getmək, ölkədən getmək və ya alçalmaqla, öz iş yerində «ömrü başa vurmaq». Yəni, dəhşət içində ömürlərini həsr etdikləri işin necə deqradasiyaya uğradığını müşahidə etmək!

Kosmik və aviatikinti sahələrində qalmaqallı uğursuzluqlar - məhz peşəkar konstruktorların aşağılanmasının nəticəsidir. Bu ki, milli utancdır - vətəndaşlarımız yalnız uçuşdan əvvəl ilk olaraq, öyrənirlər ki, reys hansı təyyarədə planlaşdırılır və biletləri səs-külü «Suxoy» geri qaytarır...

Şeremetyevodakı yük kollapsı menecerlərin yanlış seçiminin nəticəsidir - onlar yay mövsümündə ən sadə kadr seçimi sahəsində yük fəhlələrinin toplanması problemini həll etmək iqtidarında olmurlar...

Səs-küylü dopinq qalmaqalı - peşəkar idmançıların metodik şəkildə aşağılanmasının nəticəsidir. İdmançılar ölkə rəhbərinin imperiya oyununun girovuna çevrilirlər. Jurnalistlərin İvan Qolunovun müdafiəsi üçün təkbaşına piket keçirdiyi günlərdə bizim yüngül atletlər öyrəndilər ki, Rusiyanın yüngül atletikası yenidən «diskvalifikasiya» edilib və həm də qeyri-müəyyən müddətə...

Və bu məqamda ən dözümlülərin də səbri tükənir. «Biz, nə qədər lazımdırsa, özunümüdafiə ilə məşğul ola bilərik və ondan söhbət edə bilərik ki, Qərb bizim yüngül atletlərdən necə qorxur... Yalnız kağız üzərində yerinə yetirilmiş «yol xəritələrinin» nəticələrindən  nə qədər istəsən, danışa bilərik. Amma son illər yüngül atletikaya bizim özümüzün etdiklərimizə heç bir kağız dözə bilməz. Ümid edirəm ki, bu sonsuz «pozor»la əlaqəsi olan insanların getmək üçün qətiyyəti çatacaq. Özləri...» - deyə, hündürlüyə tullanmaq üzrə iki dəfə dünya çempionu Mariya Lasitskene öz «İnstaqram»ında yazıb...

Həkimlər lap çoxdan aşağılanıb, həm də iki dəfə. Bir tərəfdən «Rosstat»ın hesabatlarında ləyaqətli sayılan rüsvayçı əmək haqqıya layiq görülməklə... Digər tərəfdən də əmək haqlarını baş həkimlərin qazanclarından asılı olaraq əldə etməklə...

Sosioloqlar aşağılanıblar - prezidentin mətbuat katibinin qaşlarını çatması əsasında reytinq uydurulması ilə. Onsuz da onlara sadəcə, gülürlər...

Müəllimlər aşağılanıb - seçki məntəqələrində əlavə qazanc üçün vurnuxan və Vətən övladlarına «uğursuzluq metodikası» öyrətməyə məcbur edilən müəllimlər...

Bu siyahını artırmaq da olar - ölkədə aşağılanmış peşəkarların hamısını sadalamaq mümkün deyil. Şübhə etmirəm ki, belələri həm polisdə, istintaq komitəsində, həm məhkəmələrdə və sair yerlərdə də yetərincədir. Axı orada heç də hamı «narkotik tullamaq»la, başqasının biznesini sıxışdırmaqla və bir telefon zəngi ilə qərar çıxarmaqla məşğul deyil!

Belədə, bəlkə əli təmiz polislərin, hakimlərin də təkbaşına piket keçirməsinin, əldə plakat - «Mən/biz - İvan Qolunov(vuq) am!» qışqırmağının vaxtı da çatıb? Zarafatsız!

Axı araşdırmaçı-jurnalist dövlətin düşməni deyil və əslində, polisin və prokurorun könüllü köməkçisidir. Ancaq mən, xatırlamıram ki, ölkəmizdə hansa bir jurnalist araşdırması cinayət işi qaldırılması bir yana qalsın, heç olmasa, xidməti yoxlamaya səbəb olsun...

Onu bilmək lazımdır ki, peşəkar jurnalistsiz, həkimsiz, müəllimsiz, mühəndissiz, menecersiz tezliklə ölkədən əsər-əlamət qalmayacaq. Ya Rusiya peyki kimi alışıb-yanacaq, ya da bütün həkimlərin axırına çıxandan sonra, vətənin yerində yalnız «dəfn mafiyası» qalacaq...

Viktoriya Voloşina

Tərcümə etdi: Mirzə AĞ

P.S. Bütün bunları sözbəsöz, sətirbəsətir Azərbaycana da şamil etmək olar.

635x100

Şərhlər

Sakin 2019-06-15 19:00:09

Ziyalının, rüşvətxorun və alverçinin Azərbaycan cəmiyyətindəki yeri Məmməd Cəfər Cəfərov 16 ünvanında yerləşən binanın həyətində qanunsuz fəaliyyət göstərən dayanacaqda əyani şəkildə əks olunub. Binanın ümumi istifadə sahəsində - həyətində 100 maşınlıq yerin 46-sı alverçi və rüşvətxorlar tərəfindən zəbt olunub. Bu yerlərə hətta nömrə də yazıblar. Bu yerlərdə binanın ziyalı sakinlərinin maşın saxlamağa ixtiyarları yoxdur. Bu alverçi və rüşvətxorların maşınları çıxan kimi bu yerlərə dəmirlər düzülür. Bu alverçi və rüşvətxorlar arasında həmrəylik də var. Məsələn, həyətdə yer olmadıqda maşını bu yerlərdən birində saxlasan, rüşvətxorun oğlu o dəqiqə öz maşını ilə sənin maşının blokirovka edəcək ki, çıxa bilməyəsən, alverçilərdən birinin oğlu tez gəlib maşının qapısı yanında dayanacaq ki, maşınından düşə bilməyəsən və s. Qalan yerləri “qotur məhəlləsi” adlandırırlar ki, bu yerlərdə ziyalılar maşın saxlayırlar. Cəmiyyətdə ziyalının yeri bu dayanacaqda çox gözəl göstərilib. Soruşa bilərsiniz ki, Nəsimi rayon İcra Hakimiyyəti və 19-cu Polis Bölməsi hara baxır? Dəqiq deyə bilərəm ki, bu qurumları ziyalılar maraqlandırmır. Maraqlandırsaydı, alverçilər, rüşvətxorlar və onların övladları özlərini bu cür apara bilməzdilər..

Ekspert1 2019-06-15 19:00:09

100% axırıncı cümləniz doğrudur.Bircə əlavə edim ki.bəlkə Gürcüstandan başqa bütün MDB dövlətləri elə bu gündədir.Bu mənim şəxsi fikrimdir.

Pərviz 2019-06-15 19:00:09

Bəzi şəxslərin hərəkətini,etdiklərini izləyəndə adama elə gəlir ki,onlar başqa ölkələrin xüsusi xidmət orqanlarına xidmət edirlər. Əlbətdə hec bir ciddi xətaya yol verməyən peşəkarı işindən ayırıb,yerinə dostunu,qohumunu,kiminsə tanışını vəzifəyə təyin etmək halları ciddi araşdırılmalıdır.Dövlətə,dövlətçiliyə xəyanət etməyin başqa adı varmı? Biz Azərbaycanlı kimi dövlətmizə,millətmizə xəyanat edən insanları tapıb,üzə cıxarmalıyıq.Belə məsləhətdir" deyib,reaksiya verməmək həm də özünün peşəkarlığına ziddir.

Son yazılar