"NAXÇIVAN KLANI"NIN ZƏFƏR GÜNÜ - "Əbədilik" təmin olundu!

Prezident İlham Əliyevin Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında bu günkü sərancamını hakimiyyətdəki iri klanların maraqları prizmasından qiymətləndirsək, "Naxçıvan klanı"nın açıq qələbəsi göz önündədir. Bu klan prezident seçkilərindən güclənərək, eyni zamanda rəqib qruplaşmanın - "Paşayevlər"in sürətli irəliləyişinin qarşısına qətiyyətlə almağa nail olaraq çıxa bildi.

Diqqət edək: Heç şübhəsiz ki, hökumətdəki ən böyük və əhəmiyyətli dəyişiklik müdafiə naziri Səfər Əbiyevin öz vəzifəsini itirməsi oldu. Bu vəzifəyə təyin olunan Zakir Həsənov "Naxçıvan klanı"nın kadrı hesab olunur. Adıçəkilən klan uzun illərdir Müdafiə Nazirliyini öz nəzarəti altına almaq cəhdləri göstərsə də, buna nail ola bilmirdi. Nəhayət, bu dəfə öz məqsədinə çata bildi. MN-i ələ keçirən "Naxçıvan klanı" demək olar ki, özünün "əbədiliyini" təmin etmiş oldu. Onun əsas rəqibi olan "Paşayevlər" isə çox mühüm mövqeni itirmiş oldular.

Komandada ikinci mühüm dəyişiklik Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovun öz vəzifəsini itirməsidir. F.Ələkbərov "Naxçıvan klanı"nın rəhbəri Ramiz Mehdiyevin hədəfində olan nazirlərdən biri idi. Administrasiya rəhbərinin təqiblərindən yaxa qurtarmaq üçün "Paşayevlər"ə sığınan Ələkbərovu, belə görünür ki, onlar da xilas edə bilməyiblər. F.Ələkbərovun yerinə təyin olunan Səlim Müslümov isə Kəmaləddin Heydərovun himayəsi altında olan məmurlardandır.

Beləliklə, görünən budur ki, "Naxçıvan klanı" bu seçkidən nəinki itkisiz çıxdı, hətta başı üzərindəki "qara buludları" tamamilə dağıtmağa da müvəffəq oldu.

Rasim ƏLİYEV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar