Somalidə baş vermiş iki partlayış nəticəsində 8 nəfər ölüb

Somalinin paytaxtı Moqadişuda iki güclü partlayış törədilib.

APA xəbər verir ki, bu barədə “Sinhua” agentliyi yerli polisə istinadla məlumat yayıb.

Məlumata görə, hər iki partlayış ölkə parlamentinin binası yaxınlığındakı “Sayidka” nəzarət-buraxılış məntəqəsi bölgəsində baş verib. Partlayış nəticəsində azı 8 nəfər öldürülüb, daha 16 nəfər yaralanıb.

Partlayışlara görə hələ ki heç kim məsuliyyəti öz üzərinə götürməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar