Bakı-Şarm əl Şeyx-Bakı birbaşa çarter reysi açılıb

 

Bakı - Şarm əl - Şeyx - Bakı birbaşa çarter reysi açılıb.

Trend-in məlumatına görə, bu barədə bu gün Bakıda keçirilən mətbuat konfransında Misirin turizm naziri Raniya əl-Maşat bildirib.

Onun sözlərinə görə, bu reys müntəzəm xarakter daşıyır və cari ilin 18-dən etibarən hər cümə axşamı həyata keçiriləcək.

Bakı ilə Şarm əl-Şeyx arasında birbaşa uçuşların açılması Azərbaycanla Misir arasında səyahət müddətini əhəmiyyətli dərəcədə azalda və bütün narahatlıqları aradan qaldıra bilər.

Beləki, uçuş vaxtı cəmi 3 saat təşkil edir. Reys "SCAT Airlines" şirkəti tərəfindən açılıb və rahat Boeing 757-200 təyyarələr vasitəsilə həyat keçiriləcək.

Turun minimum qiyməti 399 dollar və yuxarıdır. Qiymətə sığorta, ərzaq, transfer və digər bonuslar daxildir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar