Bakıda ayıq sürücü "Jeep"lə piyadanı vurub 

Bakının Nizami rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, "99-NA-665" dövlət qeydiyyat nişanlı "Jeep" markalı avtomobili idarə edən ayıq sürücü "Koroğlu" metrostansiyası yaxınlığında təqribən 28 yaşlı kişini vurub.

Yaralı YPX əməkdaşlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Xəstəyə kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar