Tramp müsəlman meri yenə hədəf aldı

Londonun təcili sürətdə yeni merə ehtiyacı var.Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Tvitter hesabında qeyd edib. İngilis yazar Keti Hopkinsin Londonda son 20 saatda baş verən cinayət əməlləri ilə bağlı paylaşımına münasibət bildirən Tramp "Xan fəlakətdir və daha da pisləşməyə doğru gedir",- sözlərini qeyd edib.

Qeyd edək ki, London meri Sadiq Xanla Donald Tramp daim bir-birinin ünvanına sosial şəbəkədən atmacalar atmaqla hər kəsin diqqətini cəlb edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar