Hindistanda azı 29 nəfər anomal istilərin qurbanı olub
Baxiş sayı:
Dərc olunub:
16/06/2019 - 10:33
Hindistanda azı 29 nəfər anomal istilərin qurbanı olub."Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Times of India" məlumat yayıb.
Bildirilir ki, ölənlərin əksəriyyəti Auranqabad dairəsinin payına düşür – burda 25 nəfər istilərin qurbanı olub. Digər 4 nəfər Navada və Qayyada ölüb.
Agentlik bildirib ki, 30-dan çox insan xəstəxanaya yerləşdirilib.
Biharda son həftələrdə temperatur 40 dərəcədən aşağı düşmür. Nyu-Dehlidə iyunun 10-da 50 dərəcədən yüksək temperatur qeydə alınıb. Bu, ölkə paytaxtı tarixində ən yüksək temperatur göstəricisidir.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.