Türkiyədə 8 PKK terrorçusu məhv edilib

Türkiyənin güc strukturları ölkənin cənub-şərqində PKK silahlılarına qarşı növbəti antiteror əməliyyatı keçirib.

Bu barədə "Report" "Anadolu" agentliyinə istinadla xəbər verir.

Ölkənin Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Şirnakda keçirilən əməliyyat zamanı 8 PKK terrorçusu məhv edilib.

Qeyd edək ki, PKK terrorçuları 1984-cü ildən Türkiyədə dinc sakinlərə, habelə dövlət orqanlarına qarşı silahlı hücumlar, terror aktları təşkil edirlər. ABŞ və Avropa İttifaqı qruplaşmanı terrorçu təşkilat siyahısına daxil edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar