"Fənərbağça"dan Kolarova rəsmi təklif

"Fənərbağça" "Roma"nın müdafiəçisi Aleksandr Kolarovu heyətinə qatmaq istəyir.

Qol.az-ın "ntvspor"a istinadla yaydığı xəbərə görə, İstanbul klubu 34 yaşlı futbolçuya rəsmi təklif göndərib. Serbiya millisinin üzvünə 2+1 illik müqavilə və illik 2.3 milyon avro təklif edən "sarı-lacivərdlilər" "Roma" ilə danışıqları davam etdirir. Təcrübəli oyunçu özü də "Fənərbağça"da oynamaqda maraqlıdır. Klublar təzminat məsələsində razılığa gələcəkləri təqdirdə Kolarovun Superliqa təmsilçisinə keçidi rəsmiləşəcək.

Qeyd edək ki, Kolarov "Roma"dan əvvəl "Latsio" və "Mançester Siti"nin də formasını geyinib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar