Göyçayda qəbiristanlıq və taxıl sahələrində yanğın başlayıb

Dərc olunub: 16/06/2019 - 15:28

195d062113dfb17Göyçay rayonunda böyük ərazidə yanğın hadisəsi baş verib.

ONA-nın yerli bürosunun xəbərinə görə, bu gün saat 14.00- radələrində rayonun Yeniarx kənd qəbiristanlığında başlayan yanğın qısa vaxtda geniş əraziyə yayılıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 5 yanğınsöndürən avtomobili və canlı qüvvəsi, eləcə Ucar və Ağdaş rayonlarının yanğınsöndürən briqadaları cəlb olunub.

Hava küləkli olduğu üçün alov qısa vaxtda qəbiristanlıqdan yaxınlıqdakı taxıl sahələrinə keçib. Hadisə zamanı həyətyanı sahələrin çəpərləri, meyvə ağacları, quru ot, və taxıl sahələri yanıb.

Hazırda yanğın davam edir. Yanğınsöndürənlər alovun qarşısını almağa çalışırlar.

Qeyd edək ki, yanğının kim tərəfindən törədildiyi hələ məlum deyil. Yanğının qəsdən törədildiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.










loading...


Fikrinizi bildirin