Hindistanda 83 uşaq ensefalit xəstəliyinin qurbanı olub

Dərc olunub: 16/06/2019 - 16:14

28d61298-48c0-497a-aff9-71e5821e92ddHindistanda onlarla uşaq kəskin ensefalitdən ölüb.

“Report” xəbər verir ki, bu barədə “Times of İndia” məlumat yayıb.

Məlumata görə, Bihar ştatında 83 uşaq xəstəliyin qurbanı olub. Qeyd edilir ki, xəstəlik Müzəffərpur dairəsində tüğyan edir.

Ölənlərin əksəriyyəti 1-10 yaşlı uşaqlardır. İlkin məlumata görə, xəstəliyin yayılmasına güclü isti və rütubət səbəb olub.

Hazırda daha 108 uşaq xəstəxanalarda müalicə edilir.

Qeyd edək ki, ensefalit baş-beyin iltihabı, xəstəliktörədən mikroorqanizmlərin beynə keçməsi nəticəsində yaranan infeksion xəstəlikdir. Ensefalit xüsusi törədicilərin bilavasitə beyin toxumasına keçməsindən, bəzi yoluxucu xəstəliklərdən kəskin və qida zəhərlənmələrindən törəyir.

Daha əvvəl Hindistanda azı 29 nəfər anomal istilərin qurbanı olub.








loading...


Fikrinizi bildirin