Sumqayıtda ər arvadını bıçaqlayıb

Dərc olunub: 16/06/2019 - 16:27

bicaqSumqayıtda 44 yaşlı qadın bıçaqlanıb.

“Report”un Sumqayıt- Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin 9-cu mikrorayonunda baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 1975-ci il Babayeva Tahirə Səxavət qızı yaşadığı evdə əri tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.










loading...


Fikrinizi bildirin