Amerika Kuboku: Kolumbiya Argentinanı məğlub edib

Braziliyada futbol üzrə Amerika Kubokunun qrup mərhələsinin I turunda Argentina milli komandası Kolumbiya ilə qarşılaşıb.

"Report" xəbər verir ki, Salvador şəhərinin "Arena Fonte-Nova — Otaviu Manqabeyra" stadionunda keçirilən görüş kolumbiyalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda qolları 71-ci dəqiqədə Roher Martines və 86-cı dəqiqədə Duvan Sapata vurub. Hər iki oyunçu matça sonradan daxil olub.

Hazırda Kolumbiya 3 xal ilə B qrupuna liderlik edir. Növbəti turda Kolumbiya Qətər yığması ilə, Argentina isə Paraqvayla qarşılaşacaq.

Bundan əvvəl A qrupunda Venesuela Peru ilə qarşılaşıb. Oyun qolsuz heç-heçə ilə başa çatıb.

Amerika Kuboku

Argentina – Kolumbiya - 0:2

Qollar: 0:1 – Martines – 71, 0:2 – Sapata – 86

Venesuela – Peru – 0:0

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar