Tbilisidə tikinti şirkətləri 34 milyon lari cərimələndi

Asiya ölkələri idxal-ixrac əməliyyatlarında istifadə üçün vahid valyuta yaratmalıdır. Bunu Malayziyanın baş naziri Mahathir Məhəmməd Yaponiyada iqtisadi forum zamanı deyib.

Onun sözlərinə görə, əgər Asiya ölkələri daha sıx birləşmək istəyirsə, qızıl standart əsasında ümumi ticarət valyutası yaratmalıdır:

“Bu valyuta daxili hesablaşmalar zamanı deyil, ancaq ölkələr arasında ticarət əməliyyatlarında istifadə olunacaq”.

Tikinti qaydalarını, norma və standartlarını, habelə təhlükəsizlik qaydalarını pozduğuna görə il ərzində Gürcüstandakı tikinti şirkətləri 34 milyon GEL (təqribən 12,5 milyon dollar) məbləğində cərimə olunublar. Bu barədə jurnalistlərə Tbilisi şəhər merinin müavini İrakli Xmaladze məlumat verib.

Onun sözlərinə görə, artıq bir ilə yaxındır ki, meriya şəhərdə həyata keçirilən irimiqyaslı tikinti sahələrində yeni qanunvericilik əsasında monitorinq aparır. Məqsəd tikinti sahəsində təhlükəsizlik qaydalarına əməl edilməsinə nail olmaq, eyni zamanda, tikinti meydançalarında işçilərin ölməsinin və əlil olmasının qarşısını almaqdır.

İ.Xamladze deyib: “Təbii ki, meriyanın bu addımı tikinti şirkətlərinə təzyiq kimi də qiymətləndirilir. Amma bizim hamımızı bir məqsəd birləşdirir. İnsanlar tikinti meydançasından ölməsinlər”.

Meriyada cərimə olunanlar arasında Azərbaycan şirkətlərinin olduğunu etiraf etsələr də, konkret ad çəkməyiblər.

Gürcüstan Həmkarlar İttifaqları Birliyinin məlumatına görə, 2018-ci ildə tikinti meydançalarında 39 nəfər ölüb, 37 fəhlə isə ağır xəsarətlər alıb. (AzərTAc)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar