Rusiyanın  şirkəti Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribata yol verib - FOTO

Rusiya Federasiyasının "Ural hava yolları" şirkətinin rəsmi mətbuat orqanı olan "UAM" jurnalında Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı təxribata yol verib.

"Report" xəbər verir ki, jurnal öz səhifəsində "Günəşli Ermənistana vertolyot turları" adlı reklam yerləşdirilib. Reklamda Dağlıq QarabağErmənistan ərasizi kimi göstərilməklə yanaşı, həm də işğal edilmiş ərazilərə vertolyot turlarının təşkili də qeyd edilib.

Qeyd edək ki, "Ural hava yolları" şirkəti Azərbaycanla da yaxından əməkdaşlıq edir və Bakı, Gəncə və Lənkərana müntəzəm hava ucuşları həyata keçirir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar