“Yuventus”un yeni baş məşqçisi müəyyənləşdi – Rəsmi

Dərc olunub: 16/06/2019 - 19:01

116644“Yuventus”un yeni baş məşqçisi müəyyənləşib.

Qol.az-ın klubun rəsmi saytına istinadla yaydığı xəbərə görə, komanda “Çelsi”dən ayrılan Mauritsio Sarriyə tapşırılıb. İtaliyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

“Yuventus”un ötən ilin yayından “Çelsi”ni çalışdıran Sarri üçün London klubuna 5 milyon avro təzminat ödəyəcəyi iddia olunur.

Qeyd edək ki, Sarri bu vəzifədə Massimiliano Alleqrini əvəzləyib.










loading...


Fikrinizi bildirin