Husilər piotsuz aparatlarla Səudiyyə Ərəbistanının iki aeroportuna hücum edib

Dərc olunub: 16/06/2019 - 19:47

64fcc79b6e83b0102603068196ded0a1Yəməndə qiyamçı husilər pilotsuz aparatlarla Səudiyyə Ərəbistanının cənubundakı Cizan və Abxa aeroportlarına hücum edib.APA-nın xəbərinə görə, bu barədə “Al-Masira” telekanalı iyunun 15-də məlumat yayıb.

Husilər pilotsuz aparatlarla Cizan aeroportunun dispetçer məntəqəsini və Abxa aeroportunun yanacaqdoldurma stansiyasını hədəf seçiblər. Hazırda bu aeroportlar fəaliyyət göstərmir.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Abxa şəhərinə yönələn pilotsuz aparatların vurulduğunu bəyan edib. Aeroportlara hücum zamanı ölən və yaralananların olub-olmadığı barədə məlumat verilmir.

Qeyd edək ki, husilər iyunun 12-də raketlərlə Abxa aeroportuna zərbə endirmiş, həmin vaxt 26 nəfər yaralanmışdı.










loading...


Fikrinizi bildirin