Kürdəmirdə 10 hektar biçilmiş taxıl sahəsi yanıb
Baxiş sayı:
Dərc olunub:
16/06/2019 - 20:18
Kürdəmir rayonunda yanğın hadisəsi baş verib."Report" xəbər verir ki, rayonun Xəlsə kənd bələdiyyəsinə məxsus 10 hektar biçilmiş taxıl sahəsi yanaraq külə dönüb.
Hadisə yerinə FHN-in Kürdəmir Yanğından Mühafizə İdarəsinin texnika və canlı qüvvəsi cəlb olunub. Yanğının digər sahələrə, eləcə də pambıq sahəsinə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.