"İranın özünü belə aparmasına icazə verilməyəcək" - ABŞ dövlət katibi

ABŞ dövlət katibi Maykl Pompeo Vaşinqtonun Oman körfəzində iki tankerlə bağlı olayda İranın iştirakına şübhə etmədiyini bildirib.

M. Pompeo “Fox News” telekanalında çıxışında deyib ki, ABŞ bununla bağlı sübutları nümayiş etdirmək niyyətindədir.

Dövlət katibi qeyd edib ki, kəşfiyyatın əlində daha böyük həcmdə məlumat və sübutlar var, dünya onların böyük əksəriyyətini görəcək: “İran aydın başa düşməlidir ki, biz onun özünü belə aparmasına icazə verməmək üçün addımlar atmağa davam edəcəyik. Əminəm ki, ABŞ digər dövlətlərin də bu istiqamətdə fəaliyyət göstərməsinə nail olacaq. Prezident Donald Tramp birmənalı bəyan edib ki, İran nüvə silahına malik olmayacaq. Bizim İrana münasibətdə kampaniyamızın məqsədi də budur. Vaşinqton həm də regionda naviqasiya azadlığını təmin etmək niyyətindədir “. /APA

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar